Yuxarı

Tik Tok fenomeni canlı yayımda intihar etdi

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tik Tok fenomeni canlı yayımda intihar etdi

Son illərin trend sosial media platforması olan Tik Tokda qəribə hadisələr baş verməkdə davam edir.

Axar.az xəbər verir ki, yayımladığı videolarda depressiyadan və yaşadığı problemlərdən danışaraq izləyicilərini intihara sövq edən “Luo Xiao Mao Mao Zi” adlı Tik Tok istifadəçisi canlı yayımda pestisid (kimyəvi maddə) içərək həyatına son qoyub.

Hadisədən sonra xəstəxanaya yerləşdirilən fenomenin həyatını xilas etmək mümkün olmayıb.

Fenomenin ölümündən sonra maraqlı hadisə baş verib. Qadının külləri saxlanıldığı yas evində işçilərdən biri tərəfindən oğurlanıb.

İşçinin külləri başqalarına “kabus evliliyi” üçün satdığı iddia edilir. Hadisəni törədən 3 nəfər qısa müddətdə polis tərəfindən yaxalanıb.

Qeyd edək ki, Çində “kabus nikahları” ənənə olaraq davam edir. Hesab olunur ki, dünyanı tərk edən ruhlar uşaqların rifahını qorumaq üçün evlənməlidirlər.

Tarix
2021.11.26 / 14:56
Müəllif
Gülnarə Kazımova
Digər xəbərlər

Paşinyandan etiraf: İlham Əliyevlə şəxsi söhbətlər zamanı…

Ərdoğan sabah Şuşaya gəlir

Azərbaycanla bağlı qürur hissi keçirirəm - Süleymenov

Prezident Qarabağ müharibəsindən görüntülər paylaşdı

Prezidentdən Qarabağa səfərlə bağlı - Video

Bu, türk dünyasının başını ucaltdı - Video

Şərifdən İlham Əliyevə: Sizi səbirsizliklə gözləyirik!

XİN-dən 8 Noyabrla bağlı - Bəyanat

Maohi Nuidə təbii sərvətlər üzərində suverenlik elan olundu

Bu, Bakı-İrəvan əlaqələrinin inkişafı üçün... - ABŞ diplomatı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla