Yuxarı

Nahidə Babaşlı: Məni heç vaxt elə görməyəcəksiniz!

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artistləri Aygün Kazımova və Röya Ayxandan sonra “Pantene Altın Kelebek” ödülünə layiq görülən müğənni Nahidə Babaşlının uğurundan daha çox geyimi müzakirə obyektinə çevrildi.

Kult.az xəbər verir ki, geyiminə görə “linç” edilən sənətçi Publika.az-a müsahibə verib.

- Mükafatlandırma mərasimində həyəcanlı idiniz, buna baxmayaraq, səhnəyə çıxıb səmimi şəkildə hər kəsə Azərbaycan dilində təşəkkür etdiniz. Tədbirdən sonrakı təəssüratlarınızdan danışın.

- Telefonum bir dəqiqə belə susmur, hər şey əladır. Həyəcan öz yerini xoşbəxtliyə verib. Yazılan xoş sözlər və təbriklər mənə çox yaxşı təsir edir, əhval-ruhiyyəmi daha da qaldırır. Ümid edirəm ki, növbəti illərdə məni bundan daha yaxşı nailiyyətlər gözləyəcək.

Namizədliyim irəli sürüləndə mükafatın ciddiliyini anlamırdım. Mənimlə birlikdə yaxın dostlarım da bu mükafata namizəd göstərilmişdi. Ona görə düşünürdüm ki, hər birimizin qazanmaq ehtimalımız yüksəkdir. Mərasim başlayanda hiss etdim ki, deyəsən, “Pantene Altın Kelebek” ödülü mənim olacaq. Belə də oldu.

- Xalq artistləri Aygün Kazımova ilə Röya Ayxandan sonra sizin “Altın Kelebek”i almağınız müsbət hadisədir. Maraqlıdır, sizdən əvvəl bu mükafatı qazanan sənətçilərimizdən təbrik almısınız?

- Təbrik edənlər çoxdur, lakin siz dediyiniz sənətçilərdən telefon zəngi almamışam, nə də yazan olub.

- Geyiminiz daha çox müzakirələrə səbəb oldu. Sizcə, həqiqətən stilistlə məsləhətləşmək lazım idi, ümumiyyətlə seçdiyiniz obrazın səhv olduğu fikri ilə razısınız?

- Başqa bir paltar geyinsə idim, yenə də müzakirə olunacaqdı. Düşünürəm ki, nə geyinsə idim, istənilən halda danışmağa və müzakirə etməyə bir bəhanə tapacaqdılar. Mənim fikrimi soruşursunuza, yerində idi. Kim nə istəyir danışa bilər, buna görə özümü yormuram.

- Müğənninin məşhur olmasında və uğur qazanmasında səhnə kostyumu hansı yeri tutur?

- Məncə, önəmlidir. Amma bu düşüncə qırılmalıdır. Əgər istəsəydim, o səhnəyə çox sadə geyimdə də çıxa bilərdim. Çünki orada əsas rol oynayan səs və sənətdir. Əlbəttə ki, geyim önəmlidir, amma sənəti ikinci plana qoyub geyimi birinci plana çıxarmaq məntiqsizdir. Nailiyyətdən danışmaq lazımdır, çünki ortada zəhmətlə qazanılmış bir uğur var. Ən önəmlisi, mən orada vətənimi təmsil edirdim.

Həmin paltar əlverişsiz şəraitdən dolayı seçilmişdi, mənim də çox ürəyimcə deyildi. Hər şey qısa müddətdə həll olundu. Məsələ odur ki, bu qədər şişirdilməsinə ehtiyac yox idi, abırlı-həyalı geyim idi. Mənim üslubum budur və insanların bunu qəbul edib-etməməsi öz seçimləridir. Vəziyyət bu yerə gəlib çatmalı deyildi, çox vacib işlərim və görüşlərim var idi, başım onlara qarışmışdı.

- Bir müddətdir ki, Türkiyədə yaşamağa başlamısınız. Artıq orada kifayət qədər auditoriyanız var. Orada sizə olan münasibətdən razısınızmı?

- Mənə verilən dəyərə görə buradayam. Vətənimi çox sevirəm, heç kimi pisləmək istəmirəm, amma “Altın Kelebek”ə layiq görüləndə türkiyəli dinləyicilər daha çox ruhlandırıcı rəylər yazdığı halda, öz həmvətənlərim məni aşağı çəkməyə çalışdılar. Türkiyədə sənətimə dəyər verilir, ən azından yüksələn bir insanı ruhdan salmırlar.

- Hər hansı bir musiqi şirkəti sizə böyük layihə təklif etsə, eyni zamanda bura açıq-saçıq klip və fotosessiyalar daxil olsa, qəbul edərsinizmi?

- Məni heç vaxt elə görməyəcəksiniz. Məni həmişə necə görmüsünüzsə, elə qalacam.

- Yaradıcılıq planlarınızda nə kimi yeniliklər var?

- Yeni mahnılar var, onlar üzərində hazırlıqlar gedir. Təxminən 1-2 həftə sonra yutub kanalımda yayımlanacaq.

- Türkiyə seriallarında çəkilmək arzunuz var?

- Düşünürəm bunun üçün hələ tezdir. Bütün işləri bir-birinə qatmaq lazım deyil.

Tarix
2021.12.07 / 22:22
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla