Yuxarı

Azərbaycanlı müğənninin toy qiyməti şok etdi

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanlı müğənninin toy qiyməti şok etdi

Əməkdar artist Elton Hüseynəliyev bir müddət əvvəl uzun fasilədən sonra Rusiyaya toya getdiyini bildirib. Sənətçi sosial şəbəkədə bununla bağlı paylaşımlar edərək, "Buralar üçün lap darıxmışdım" şərhini yazıb.

Kult.az Axsam.az-a istinadən xəbər verir ki, sənətçi toy qiymətlərini daha da bahalaşdırıb. Elton Rusiyada bir məclisi idarə etmək üçün 25 min dollar (təxminən 42 500 manat) tələb edib. Bu qiymətə onun təyyarə bileti və qalmaq pulu da daxildir.

Hazırda sənətçinin bütün işlərini özü edən həyat yoldaşı, prodüser Tamilla Hüseynəliyeva xəbəri təsdiqləyərək bunları əlavə edib:

"Əgər ansambılla gedirsə 25 min dollar istəyir. Bura bütün musiqiçilərin bilet pulu da daxildir. Əgər Elton tək gedirsə, onda qiymət 20 min dollardır. Elton Bakıda toya ansamblla birlikdə 15 min manata gedir".

Tamilla E.Hüseynəliyevin Rusiyaya girişinə qadağa qoyulması haqda şayiələrə də münasibət bildirib:

"8 il əvvəl bir dəfə Rusiyaya bilet alınanda geri qayıtdı ki, cəriməmiz var. Ödədik və yenidən bilet aldıq. Amma son vaxtlar belə hadisə olmayıb. Elton pandemiyaya görə Rusiyaya getmirdi. Eyni zamanda toy qiymətini artırıb, o pulu ödəməyəndə razılıq vermirik. Bu qiymət də bir çoxlarına sərf etmir".

Tarix
2021.12.13 / 16:10
Müəllif
Kult.az
Digər xəbərlər

Ərdoğan sabah Şuşaya gəlir

Azərbaycanla bağlı qürur hissi keçirirəm - Süleymenov

Prezident Qarabağ müharibəsindən görüntülər paylaşdı

Prezidentdən Qarabağa səfərlə bağlı - Video

Rüstəmxanlı: Bu, türk dünyasının başını ucaltdı - Video

Şərifdən İlham Əliyevə: Sizi səbirsizliklə gözləyirik!

XİN-dən 8 Noyabrla bağlı - Bəyanat

Maohi Nuidə təbii sərvətlər üzərində suverenlik elan olundu

Bu, Bakı-İrəvan əlaqələrinin inkişafı üçün... - ABŞ diplomatı

Azərbaycanın ədalətli mübarizəsi Türk dünyasını qürurlandırdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla