Yuxarı

Tanınmış müğənni ağır qəza keçirib

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tanınmış müğənni ağır qəza keçirib

Keçən ilin payızına kimi efirlərdə tez-tez görünən, qısa zamanda Azərbaycanda mahnıları ilə geniş tamaşaçı kütləsi toplamağı bacaran Baba Dərələyəzlidən xəbər var.

Kult.az xəbər verir ki, müğənni gözlənilmədən yatağa düşüb.

O, yatağa düşmə səbəbi ilə bağlı Milli.az-a bunları deyib:

"Şamaxı yolunda ağır qəza keçirdik. Çox ağır qəza idi, şükürlər olsun ki, sağ qaldıq, ölmədik. Sürücümlə ikimiz idik avtomobildə. Bu gün artıq o qəzadan 47 gün keçir. Hazırda yerimək imkanlarım məhduddur. Bir az daxili orqanlarımda problem oldu, dalağımı çıxartdılar, bir az qaraciyərimdən kəsdilər. O da Allahın köməkliyi ilə bərpa olunar.

Daxili orqanlarım bərpa olunur, amma ayağımda 7 saat çətin əməliyyat keçirilib. Ayağımın daxilində hazırda dəmirlər var, elə bel üstə yatıram ancaq. Həkimlər deyiblər ki, 2 aya yavaş-yavaş ayağımı yerə basıb, ayağa qalxa biləcəm".

Müğənni keçən il başına gələn iki ağır itki barədə də məlumat verib:

"Keçən il iki ayın içində iki cavan qardaşım bir-birinin ardınca dünyasını dəyişdi. Biri məndən 2 yaş balaca idi, o biri də məndən 3 yaş böyük".

Tarix
2022.01.08 / 19:19
Müəllif
Kult.az
Digər xəbərlər

Azərbaycanla bağlı qürur hissi keçirirəm - Süleymenov

Prezident Qarabağ müharibəsindən görüntülər paylaşdı

Prezidentdən Qarabağa səfərlə bağlı - Video

Rüstəmxanlı: Bu, türk dünyasının başını ucaltdı - Video

Şərifdən İlham Əliyevə: Sizi səbirsizliklə gözləyirik!

XİN-dən 8 Noyabrla bağlı - Bəyanat

Maohi Nuidə təbii sərvətlər üzərində suverenlik elan olundu

Bu, Bakı-İrəvan əlaqələrinin inkişafı üçün... - ABŞ diplomatı

Azərbaycanın ədalətli mübarizəsi Türk dünyasını qürurlandırdı

Ərdoğan İlham Əliyevi təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla