Yuxarı

Könül Kərimova yeni verilişindən danışdı

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto
Könül Kərimova yeni verilişindən danışdı

Bu, sadəcə, bir anonsdur. Çox kiçik yaşlarımdan bəri oxuyuram, yəni efirə yad adam deyiləm.

Bunu müğənni Könül Kərimova Kult.az-a açıqlamasında Xəzər TV-də “Xəzər axşamı” adlı proqram hazırlığından danışarkən deyib.

Verilişin formatına gəlincə, K.Kərimova bildirib ki, verilişdə həmkarları qonaq olacaq, digərlərindən fərqlənən proqram təqdim etməyə çalışacaqlar.

Müğənni verilişin necə yaranmasından da danışıb:

“Söhbət musiqidən gedir” verilişində qonaq olduğum gün Leyla xanım (aparıcı Leyla Quliyeva) və əməkdaşlarının təşəbbüsü ilə “Xəzər” televiziyasından təklif aldım. Neçə il bundan öncə belə proqramım olub. Ona görə də bu veriliş mənim üçün ilk deyil və bu verlişdə məsuliyyətim daha çoxdur. Bu, çox böyük layihədir. Çox çalışıb düşünürəm ki, bu etimadı doğrultmalıyam. Əgər Xəzər TV bu işə məni dəvət edibsə, bu mənim üçün çox böyük məsuliyyətdir. Var gücümlə çalışacam ki, onların etimadını doğruldum. Tamaşaçıların münasibətini artıq zaman göstərəcək. Biz əlimizdən gələni edəcəyik”, – müğənni deyib.

Müğənni verilişin yaxın günlərdən efirə çıxacağını bildirib.

Tarix
2022.03.31 / 10:57
Müəllif
Sayalı Abasova
Digər xəbərlər

Azərbaycanla bağlı qürur hissi keçirirəm - Süleymenov

Prezident Qarabağ müharibəsindən görüntülər paylaşdı

Prezidentdən Qarabağa səfərlə bağlı - Video

Rüstəmxanlı: Bu, türk dünyasının başını ucaltdı - Video

Şərifdən İlham Əliyevə: Sizi səbirsizliklə gözləyirik!

XİN-dən 8 Noyabrla bağlı - Bəyanat

Maohi Nuidə təbii sərvətlər üzərində suverenlik elan olundu

Bu, Bakı-İrəvan əlaqələrinin inkişafı üçün... - ABŞ diplomatı

Azərbaycanın ədalətli mübarizəsi Türk dünyasını qürurlandırdı

Ərdoğan İlham Əliyevi təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla