Yuxarı

Manaf Ağayevin maşını hələ də polisdədir? - DİN

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto
Manaf Ağayevin maşını hələ də polisdədir? - DİN

Daxili İşlər Nazirliyi (DİN) vəkil Adəm Məmmədovun müğənni Manaf Ağayevə məxsus "Mersedes" markalı avtomobilinin qanunsuz olaraq polisin cərimə meydançasında saxlanılması iddialarına münasibət bildirib.

Kult.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev Report-a açıqlamasında vəkilin iddialarının əsassız olduğunu bildirib.

"Manaf Ağayevin avtomobilinin polisin müvəqqəti dayanacaqda saxlanılması ilə bağlı vəkil Adəm Məmmədovun iddiaları həqiqəti əks etdirmir. Avtomobil Manaf Ağayevin barəsində təsdiq olunmuş inzibati tənbeh tədbiri ödənildikdən dərhal sonra müğənniyə təhvil verilib", - DİN rəsmisi vurğulayıb.

Qeyd edək ki, fevralın 17-də sosial şəbəkələrdə müğənni M.Ağayevin işğaldan azad edilmiş ərazilərə səfər etməsini əks etdirən görüntülər yayılmışdı. Daha sonra Bakı şəhəri ərazisində M.Ağayev və onun yanındakı vətəndaş Sənan Hüseynov polis idarəsinə dəvət olunublar.

Aparılan araşdırmalar nəticəsində məlum olub ki, onlar işğaldan azad olunmuş ərazilərə qanunsuz yolla daxil olublar. Bununla bağlı onların izahatları alınıb. Həmin şəxslər saxlanılıb.

Yasamal Rayon Məhkəməsinin qərarı ilə M.Ağayev və S.Hüseynov 15 sutka həbs edilib.

Tarix
2022.04.02 / 12:30
Müəllif
Kult.az
Digər xəbərlər

Azərbaycanla bağlı qürur hissi keçirirəm - Süleymenov

Prezident Qarabağ müharibəsindən görüntülər paylaşdı

Prezidentdən Qarabağa səfərlə bağlı - Video

Rüstəmxanlı: Bu, türk dünyasının başını ucaltdı - Video

Şərifdən İlham Əliyevə: Sizi səbirsizliklə gözləyirik!

XİN-dən 8 Noyabrla bağlı - Bəyanat

Maohi Nuidə təbii sərvətlər üzərində suverenlik elan olundu

Bu, Bakı-İrəvan əlaqələrinin inkişafı üçün... - ABŞ diplomatı

Azərbaycanın ədalətli mübarizəsi Türk dünyasını qürurlandırdı

Ərdoğan İlham Əliyevi təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla