Yuxarı

Türkiyənin məşhur aktyorları Bakıda

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyənin məşhur aktyorları Bakıda

Türkiyənin məşhur "Çakallarla dans” komediya filminin 6-cı hissəsinin Bakıda da qala-gecəsi keçirilib.

Axar.az Musavat.com-a istinadla xəbər verir ki, "Park Cinema Flame Touers”də baş tutan qala-gecədə tanınmış aktyorlar Didem Balçın, Hakan Bilgin, Murat Akkoyunlu, eləcə də filmin rejissoru Murat Şeker də iştirak ediblər.

Hakan Bilginin sözlərinə görə, bu, "Çakallarla dans 6” filminin ölkə xaricində baş tutan ilk qala-gecəsidir: "Qardaşlarımızla bir yerdə olduğumuz üçün çox xoşbəxtik. Sizinlə buraya əylənməyə gəldik”.

"Diriliş Ərtoğrul” və "Kuruluş Osman” seriallarının qəhrəmanı Didəm Balçın isə Bakı ilə bağlı təəssüratlarını bölüşüb: "Bizi çox gözəl qarşıladınız. Bakıya ilk dəfədir gəlmişəm və şəhərinizi çox bəyəndim”.

"Çakallarla dans 6” Türkiyədə nümayişinin ilk həftəsində ilin ikinci ən çox izlənilən komediya filmi olub. Filmdə həmçinin Timur Acar, Şövkət Çoruh, İlkər Ayrık da çəkilib.

Azərbaycan tamaşaçıları filmi "Park Cinema”nın bütün kinoteatrlarında izləyə bilərlər.

Tarix
2022.12.11 / 13:21
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentdən Qarabağa səfərlə bağlı - Video

Rüstəmxanlı: Bu, türk dünyasının başını ucaltdı - Video

Şərifdən İlham Əliyevə: Sizi səbirsizliklə gözləyirik!

XİN-dən 8 Noyabrla bağlı - Bəyanat

Maohi Nuidə təbii sərvətlər üzərində suverenlik elan olundu

Bu, Bakı-İrəvan əlaqələrinin inkişafı üçün... - ABŞ diplomatı

Azərbaycanın ədalətli mübarizəsi Türk dünyasını qürurlandırdı

Ərdoğan İlham Əliyevi təbrik etdi

Şuşa zəfəri Azərbaycan tarixinin ən şanlı səhifələrindəndir

Biz artmadıq, Azərbaycan isə 10 milyon oldu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla