Yuxarı

Təranənin həbs səbəbi məlum oldu

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto
Təranənin həbs səbəbi məlum oldu

Prodüser Təranə Səmədovanın həbs səbəbi məlum olub.

Axar.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev Globalinfo.az-a açıqlamasında T.Səmədovanın hədə-qorxu ilə tələb etmə cinayətinə görə həbs edildiyini deyib.

Bildirib ki, T.Səmədova Cinayət Məcəlləsinin 182-ci maddəsinə uyğun olaraq barəsində açılmış cinayət işi üzrə tutularaq istintaqa cəlb edilib.

Qeyd edək ki, T.Səmədova 2017-ci ildə də qadın alverində ittiham olunaraq 2 il müddətinə azadlıqdan məhrum edilmişdi. 2019-cu ildə azadlığa çıxan tanınmış prodüser ötən il də qanunsuz olaraq narkotik maddə gəzdirdiyi üçün saxlanılmışdı. Məhkəmə T. Səmədovanın hamilə olduğunu nəzərə alaraq, ona həbs cəzası verməmişdi. Prodüser 400 manat məbləğində cərimə olunaraq sərbəst buraxılmışdı.

Onu da xatırladaq ki, 2022-ci ilin dekabrında T.Səmədovanın əri Rasim Həsənov da hədə-qorxu ilə pul tələb etmə ittihamı ilə saxlanılmışdı.

Tarix
2023.02.15 / 00:46
Müəllif
Axar.az
Digər xəbərlər

Putindən fərman: Azərbaycanla bağlı qadağa...

İran səfiri Simonyanla görüşdü

İlham Əliyev Pezeşkiana zəng etdi

AB Şurasının nümayəndə heyəti Azərbaycana səfər edəcək

İlham Əliyev FİFA-nın prezidentini qəbul etdi - Foto

“Bazar günü nə baş verib?” - Prezidentin sərrast cavabı

Keçmiş deputat vəzifədən azad edilib?

Azərbaycanlıların qayıdışı ilə bağlı BMT-yə müraciət

Prezidentin təyin etdiyi iki başçının dosyesi - Foto

Şahin Mustafayev iranlı nazirlə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla