Yuxarı

Tolikin verilişinə görə bu kanala xəbərdarlıq edildi

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tolikin verilişinə görə bu kanala xəbərdarlıq edildi

22 fevral 2023-cü il tarixdə Azərbaycan Respublikası Audiovizual Şurasının yayım zamanı qanunvericiliyin pozulması faktı ilə əlaqədar iclası keçirilib.

Bu barədə Axar.az-a Şuradan məlumat verilib.

Bildirilib ki, iclasda MTV televiziya redaksiyasının (kanalının) efirində 20 fevral 2023-cü il tarixdə saat 12:00–14:45 arası yayımlanan “Ümid ilə gəl” proqramında qeydə alınmış “Media haqqında” Azərbaycan Respublikası Qanununun 14.1.14-cü maddəsinin (qanuni qüvvəyə minmiş məhkəmə qərarı olmadan şəxsin təqsirli olması barədə məlumatların dərc edilməsinə (yayımlanmasına) yol verilməməlidir) pozulması faktı müzakirə olunub.

Belə ki, qeyd olunan proqramın yayımı zamanı (saat 13:25-də) aparıcı Tarix Əliyev tərəfindən barəsində şikayət edilən Nizaməddin adlı şəxs və onun həyat yoldaşı haqqında “Nizaməddin müəllim... müəllim, dırnaq arasında müəllim də...Nizaməddin kişi, 102-yə məndən şikayət eləmisən. Camaat səndən bura şikayət edir, neyniyəssən. Siz ikiniz də cinayətkarsız. Siz cinayət işlədirsiz...kimdi dalında duran?” ifadələr səsləndirilmişdir. Bundan başqa (saat 13:36-da) yenə də aparıcı Tarix Əliyev tərəfindən qeyd olunan mövzu davam etdirilərkən “...kimdi e bunun daydayı... guya “uçastkovu” bilmir? Onda “uçastkovu”nun əli var orda, o sahə müvəkkilinin əli var orda, deməli...” ifadələri səsləndirilmişdir.

Aparılan müzakirələrdən sonra Azərbaycan Respublikası Audiovizual Şurası peyk yayımı həyata keçirən platforma yayımçısı Muz TV Azərbaycan MMC-yə (“MTV” televiziya redaksiyası) bir daha belə halın təkrarlanacağı təqdirdə ciddi inzibati sanksiya tətbiq ediləcəyi ilə bağlı xəbərdarlıq edilməsi barədə qərar qəbul edib.

Tarix
2023.02.22 / 15:10
Müəllif
Axar.az
Digər xəbərlər

Putindən fərman: Azərbaycanla bağlı qadağa...

İran səfiri Simonyanla görüşdü

İlham Əliyev Pezeşkiana zəng etdi

AB Şurasının nümayəndə heyəti Azərbaycana səfər edəcək

İlham Əliyev FİFA-nın prezidentini qəbul etdi - Foto

“Bazar günü nə baş verib?” - Prezidentin sərrast cavabı

Keçmiş deputat vəzifədən azad edilib?

Azərbaycanlıların qayıdışı ilə bağlı BMT-yə müraciət

Prezidentin təyin etdiyi iki başçının dosyesi - Foto

Şahin Mustafayev iranlı nazirlə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla