Yuxarı

Meyxanaçı Balaəli qəza törətdi - Video

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto
Meyxanaçı Balaəli qəza törətdi - Video

Tanınmış meyxanaçı Balaəli Maştağalı avtomobil qəzası keçirib. İddia olunur ki, günah özündə olsa da, qarşı tərəfin zərərini ödəməyib.

Kult.az Musavat.com-a istinadən xəbər verir ki, yanvarın 29-da Bakının Yasamal rayonu ərazisində işıqforun qarşısında dayanmış "Toyota" markalı avtomobilə arxadan güclü zərbə dəyib. Zərərçəkmiş bildirib ki, hadisə nəticəsində avtomobilinin arxa hissəsi - iki stop işığı, bufer və baqaj qapağı hissəsi ciddi şəkildə zədələnib.

Zərərçəkmişin sözlərinə görə, sürdüyü avtomobilə çırpılan nəqliyyat vasitəsi "Mercedes Benz G-Class" markalı, 77-BM-777 dövlət nömrə nişanlı maşın olub. Sürücünün isə tanınmış meyxanaçı Balaəli Oqtay oğlu Rzayev (ictimaiyyət arasında meyxanaçı Balaəli Maştağalı kimi tanınır) olduğunu görüb.

"Mənə dedi ki, məsələni sığorta vasitəsilə deyil, şəxsi hesabına həll edəcək. Avtomobildə körpə uşağın da olduğuna görə, mübahisəyə getmədim, razılaşdım. Düşündüm ki, kişi sözüdür, etibar etmək olar. Avtomobil təmirə getdi, amma keyfiyyətsiz şəkildə bərpa olundu. Bufer hələ də tam düzəlməyib, baqaj hissəsində isə qabarıqlıqlar qalıb", - zərərçəkmiş deyib.

O əlavə edib ki, ilkin razılaşmaya əsasən, zədələnmiş stop işıqlarını özü tapıb almalı, Balaəli isə həmin hissələrin dəyərini ödəməli idi. Lakin üç aydan çox vaxt keçməsinə baxmayaraq, yalnız 200 manat ödənilib, qalan məbləğ isə ödənilməyib: "Mənim bildiyimə görə, avtomobilin boya və təmir işlərini həyata keçirən ustalara da ödəniş olunmayıb, buna görə də iş yarımçıq qalıb. İstər özü, istərsə də köməkçisi artıq zənglərə cavab vermir".

Zərərçəkmiş hadisədən nəticə çıxararaq bildirib ki, "Şəxsin məşhurluğundan asılı olmayaraq, belə hallarda sığorta şirkəti ilə rəsmiləşdirmə aparmaq vacibdir. Əks halda, sonradan hüququn bərpası çətinləşə bilər".

Tarix
2025.04.10 / 23:00
Müəllif
Axar.az
Digər xəbərlər

Pezeşkianın zəngi və SEPAH-ın Azərbaycanı təhdid etməsi...

Pezeşkian Əliyevə zəng etdi: Naxçıvana hücum...

İrandan Azərbaycana təxliyə edilənlərin sayı...

Almaniya XİN Naxçıvana hücumu kəskin şəkildə pislədi

Makron Əliyevə zəng etdi: İranın Azərbaycana hücumu...

Ceyhun Bayramov bu ölkələrin XİN başçıları ilə danışdı

Azərbaycanla problemimiz yoxdur, lakin… - Laricani

İranın qonşu ölkələrə hücum strategiyası: üç taktika...

Pezeşkian Əliyevə mesaj göndərdi: Nələrə işarə etdi?

Almaniya və İspaniya diplomatları da təxliyə olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla