Yuxarı

Məşhurlar borcu ödəməkdən imtina etdi

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məşhurlar borcu ödəməkdən imtina etdi

Vergilər Nazirliyinin vergi borcu olan tanınmış müğənnilərin adını açıqlaması birmənalı qarşılanmayıb.

Axar.az xəbər verir ki, bəzi şou-biznes nümayəndələri nazirliyin yaydığı siyahı ilə razı deyil. Xalq artisti Gülyanaq Məmmədova və əməkdar artist Elza Seyidcahan ANS-ə deyib ki, borcları ödəmək fikirləri yoxdur.

G.Məmmədovanın sözlərinə görə, dövlət işində işlədiyi üçün hər ay maaşından vergi tutulur: "Əlavə olaraq, hərdən toylara gedəndə vergi ödəyirəm. 2008-ci ildən 2011-ə qədər vergi ödəmişəm. Daha sonra isə ödənişi dayandırmışam. Yenidən belə qərar çıxandan sonra oktyabr ayından VÖEN açdırmışam və qanuni şəkildə vergi ödəyirəm. Birdən-birə mənə bildiriş gəlir ki, sizin 5 min 200 manat vergi borcunuz var".

İfaçı deyib ki, bu qədər borcunun necə yarandığını izah etməyiblər. "Mən soruşanda ki, bu borc hardan çıxdı, mənə cavab verirlər ki, hesablayıb elə yazmışıq. Mən onu necə ödəyim? Mən 3 körpəmim ehtiyaclarını ödəmək üçün toylara gedirəm, ərimin də şirkəti yoxdur, maaşa işləyən adamdır. Ehtiyacım olmasa, heç toylara getmərəm, özümü ucuzlaşdırmaram. Heç olmasa, əlçatmaz olaram".

Xalq artisti deyir ki, əgər vergi borcu ödəməsə, onu həbs edə bilərlər və yaxud ölkədən çıxışı qadağan oluna bilər.

Əməkdar artist Elza Seyidcahan isə deyir ki, adı siyahıya ola bilsin səhvən düşüb. Çünki vergi borclarını vaxtında ödəyir. "Nazirlikdə elə bilirlər ki, biz hara gediriksə, orada da pul qazanırıq. Mən əgər pul qazanmıramsa, necə vergi ödəyə bilərəm. Getdiyim yerdən qonorar alım ki, vergi borcu ödəyim. Biz hətta toya gedəndə pul yazdırırıq. Hazırda araşdıracağıq, əgər toya gedib qonorar almışamsa, o zaman vergi ödəyəcəm".

Qeyd edək ki, ötən gün Vergilər Nazirliyi rəsmi saytında vergo borcu olan müğənilərin siyahısını verib. Onların arasında Brilyant Dadaşova, Emil Bədəlov, Mətanət İsgəndərli, Elza Seyidcahan, Gülyanaq Məmmədova, Rəqsanə və s. kimi tanınmışların da adı yer alır.

Tarix
2016.06.26 / 13:36
Müəllif
Axar.az
Digər xəbərlər

Türküstanda TDT XİN başçılarının görüşü keçirilir

Rixard Raşi Xankəndidə səfərdədir - Foto

İlham Əliyev TDT-nin qeyri-rəsmi Zirvə görüşündə - Foto

Şahin Mustafayev Overçukla görüşdü

İlham Əliyev Türküstanda mədəni məkanlarda oldu - Foto

Metropoliten rəisi vəzifəsinin məsuliyyətini dərk etmir

300 min azərbaycanlının qayıdışından kim danışır?

İlham Əliyev Qazaxıstana getdi - Foto

Szinpinin xüsusi nümayəndəsi Azərbaycana gəlir

Ukraynanın ölkəmizdəki səfirliyi bayraqları endirdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla