Yuxarı

Azərbaycan oliqarxının qardaşı klub aldı

Ana səhifə Maraqlı
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bakı" klubunu prezidenti Hafiz Məmmədovun qardaşı Zeynal Məmmədov Latviyada futbol klubu alıb.

"Axar.az"ın məlumatına görə, bu, bir qədər əvvəl yaradılmış "Lipeya" klubudur.

Qeyd edək ki, bir qədər əvvəl mətbuatda Zeynal Məmmədov qardaşından ayrılaraq Latviyada trikotaj fabriki alması, biznesini ora köçürməsi barədə xəbərlər dərc olunurdu. Hətta o da yazılırdı ki, "Baglan Holdinq"in prezidenti Hafiz Məmmədovun qardaşı Zeynal Məmmədov biznesini Pribaltika respublikalarından birinə köçürür. Buna səbəb qardaşlar arasında olan narazılıq göstərilirdi.

Dünən isə "Bakı" və Latviya milli komandasının sabiq futbolçusu Maris Verpakovski yeni vəzifədə fəaliyyətə başladığı xəbəri yayılıb. Məlumata görə, Məmmədov Marislə çox yaxın dostdur. Klubu almağı da Məmmədova məhz o təklif edib. Alğı-satqıdan sonra 34 yaşında karyerasını elə "Bakı"da bitirmiş Maris Verpakovski vətəni Latviyada yeni yaradılan "Lipeya" klubunun prezidenti seçilib.

Artıq ilk turda Verpakovskinin klubu "Metta" ilə üz-üzə gəlib və 2:1 hesablı qələbə qazanıb. Məsələnin ən maraqlı tərəfi odur ki, "Lipeya"nın start heyətinə ötən mövsümlərdə Azərbaycan Premyer Liqasında çıxış etmiş 3 futbolçunun daxil edilməsidir. Bunlar "Xəzər Lənkəran" və "Rəvan"ın slovakiyalı sabiq müdafiəçisi İvan Pexa, "Qəbələ", "Rəvan" və "Qarabağ"ın argentinalı keçmiş yarımmüdafiəçisi Kristian Torres, eləcə də "Gəncə" və "Simurq"un latviyalı eks-forvardı Kristap Qrebisdir.

Qeyd edək ki, Maris Verpakovski "Bakı"da 2011-ci il iyunun 30-dan bu il yanvarın 30-dək forma geyinib. O, Azərbaycan klubuna məhz Zeynal Məmmədovun təkidilə transfer edilib.

Tarix
2014.03.26 / 16:22
Müəllif
Ceyhun Səmədov
Şərhlər
Digər xəbərlər

Erməni yürüşçilərə güc tətbiqi... - DİN

Əliyevlə Fiko mətbuata bəyanatlarla çıxış edir

Azərbaycan-Slovakiya sənədləri imzalandı

Paşinyan: Delimitasiya bu xəritələrlə aparılır

Azərbaycanla sərhəd dirəklərini artırmaq üçün...

Bolqarıstan prezidenti Azərbaycana gəlir

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

Prezident Slovakiyanın baş naziri ilə görüşdü - Foto

Azərbaycana qarşı “cəza” kampaniyasını, görün, kim aparır

MM-də maraqlı təklif: Paşinyanı Bakıya çağıraq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla