Yuxarı

Azdramdan direktorlar nələr oğurlayıb? – Şok siyahı

Ana səhifə Kult Müsahibə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azdramdan direktorlar nələr oğurlayıb? – Şok siyahı

Erməni Qarabağı soyub talayan kimi, direktorlar da Akademik Milli Dram Teatrını soyub talamaqla məşğuldurlar.

Bu sözləri Kult.az-a geniş müsahibəsində xalq artisti, Prezident təqaüdçüsü, şəhid atası Əli Nur deyib.

“Bu teatrda beşaçılanlar, naqanlar, mauzerlər, xəncərlər, gümüş kəmərlər, antik əşyalar var idi. Onların hamısını direktorlar yığıb apardılar.

“Eşq və intiqam” tamaşasında Əlimərdan bəyi oynayırdım, əlimdə beşaçılan, naqan, belimdə gümüş xəncər səhnəyə çıxırdım. Günlərin bir günü tamaşa oynamalıyam, amma belimə bağlamaq üçün bir xəncər tapa bilmədim. Getdim teatrın direktoru Həsənağa Turabovun yanına, dedim, belimə bağlamağa bir xəncər yoxdur. Dedi, xəncərsiz çıx!

Nurəddin Mehdixanlı “Ədirnənin fəthi” tamaşasında dedi ki, beşaçılan gəlməsə, özümü teatrda yandıracam.

Hələ mən çilçirağın içini söküb aparanları demirəm. Hanı çəkmələr, uzunboğaz ayaqqabılar, general, marşal geyimləri, qılınclar, şamdanlar, yüzlərlə xalça... “Şeyx Xiyabani” tamaşasında rəhmətlik Amaliya Pənahova ilə Fuad Poladovun oynadığı fil sümüyündən hazırlanmış bilyard hanı?” – xalq artisti deyib.

Müsahibənin tam mətni az sonra dərc ediləcək.

Tarix
2022.06.21 / 08:30
Müəllif
Kult.az
Digər xəbərlər

Türkiyə bayrağının Azərbaycanda endirilməsi - Türkiyə PA

Leyla Abdullayeva Bricit Makronla görüşdü

İsveç səfiri Hikmət Hacıyevlə görüşdü

MM sədri TÜRKPA-nın iclasında çıxış etdi

Səudiyyənin Türkiyə və Pakistandan gözləntiləri artır

Paşinyan işğal siyasətindən əl çəkməyib – Bu da sübut

Baxçalı yenə türk birliyi mesajı verdi: Ankarada...

Türkiyə Ermənistanla bağlı “sürpriz”ə hazırlaşır

Güneydən Azərbaycanla bağlı bəyanat

Sahibə Qafarova Qırğızıstan prezidenti ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla