Yuxarı

Ümidimi itirəndə, “Koroğlu”nu dinləyirəm - Güneyli vokolist

Ana səhifə Kult Müsahibə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Güneyli vokalist Mehdi Qazizadənin Kult.az-a müsahibəsi:

- Mehdi bəy, özünüz haqda Quzey Azərbaycan oxucularına məlumat verərdiniz...

- İran Azərbaycanının (Güney Azərbaycan) indiki adı Parsabad olan Muğan şəhərində anadan olmuşam. Uşaqlıqdan musiqiyə həvəsim olub. Ü.Hacıbəylinin “O olmasın, bu olsun” və “Arşın mal alan” operettaları ilk dəfə məndə musiqi zövqünü ayıldıb. Hər dəfə bu musiqili komediyalara televiziyada baxanda evdə - qonaqlarımızın yanında Məşədi İbadın obrazını həvəslə canlandırmağa çalışırdım. İran məktəblərində fars dilinin üstün tutulması, ana dilimizdə təhsilə qadağa qoyulması məni sevdiyim sənətdən uzaq saldı. Buna baxmayaraq, 1-ci sinifdən 12-ci sinifə qədər məktəbdə tədbirlər zamanı avaz oxuyardım. Səsimi bəyəndikləri üçün azan da oxuyardım. Nəhayət, 20 yaşımda skripkanı öyrənməyə çalışdım. Bir neçə il sonra Tehran konservatoriyasında təhsil almağa başladım. Amma bu, məni qane etmədi və 2 il sonra Quzey Azərbaycana gələrək, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında vokal üzə təhsil üçün baş vurdum.

- Niyə vokal təhsili üçün məhz Azərbaycanı, həm də Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasını seçdiniz?

- Əsas səbəb dahi bəstəkarımız Üzeyir Hacıbəylinin əsrarəngiz əsərləri olub. Onun əsərlərini o qədər sevirəm ki, həyatda ümidimi itirəndə, sadəcə “Koroğlu” üverturasını, yaxud bəstəkarın digər əsərlərini dinləmək özümü ələ almağa kifayət edir. Quzey Azərbaycanda ana dilində təhsil almaq da xüsusi olaraq biz güneylilər üçün önəm daşıyır. Bunu da qeyd etmək istəyirəm ki, mən vokal üzrə təhsillimi gec başladığıma baxmayaraq, bu akademiyadan çox faydalandım. Bilirəm ki, bu gəliş həyatım üçün böyük və əla təəssürat ilə nəticələnəcək.

- Gələcək üçün hansı planlarınız var?

- Öncəliklə, təhsilimi davam etdirməyi düşünürəm. Bundan əlavə, çalışırıq Güneydə Azərbaycanın musiqili komediyalarını səhnələşdirək. Buna görə, düzü, işi maliyələşdirmək də lazımdır. Həm də güneyli vokalçılarımızla həmkarlığı düşünürəm. Bir də ki, mən bəstəkarlığa da həvəsliyəm. Çünki məndə melodiyalar bədahətən, şeir kimi doğulur. Bu sahədə çox addımlar atmışam və davam edirəm.

- İran musiqi sənətində hazırda hansı çatışmazlıqlar var?

- İranda dövlətin musiqiyə əhəmiyyət verməməsi, digər tərəfdən ağlasığmaz qadağalarn qoyulması musiqi sənətinin pedaqoji tərəfini çox ciddi problemlərlə üzləşdirib. Xüsusilə, akademik solo oxuma sənəti bərbad vəziyyətdədir. Opera sənəti isə tamamilə süqut edib. İranda peşəkar musiqi məktəbinin olmasına baxmayaraq, mərkəzdən kənar şəhərlərdə pedoqoji çərçivənin yoxluğu bir sıra arzuolunmaz nəticələrə yol açır. Məsələn, özəl musiqi məktəbləri tələbələrin musiqi tərbiyəsində səhvə və yanlışlığa yol verirlər.

- Musiqi sənətinə yeni addımlayanlara hər hansı tövsiyəniz varmı?

- Biz güneylilərin üzərində ciddi məsuliyyət var. Musiqi sahəsində çox işlər görməyimizi zəruri hesab edirəm. Bu üzdən güneyli bacı-qardaşlarımıza tövsiyə edirəm ki, musiqini professional şəkildə öyrənməyə cəhd göstərsinlər.

Tarix
2023.05.12 / 01:10
Müəllif
Yaşar Qəhrəmani
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Moskvaya gedir

İlham Əliyev Berlində Şoltsla görüşəcək

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

Sülhməramlıların texnikalarının ilk partiyası... - Video

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla