Yuxarı

Elza himnimizi qəsdən təhrif edibmiş - Video

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto
Elza himnimizi qəsdən təhrif edibmiş - Video

Əməkdar artist Elza Seyidcahan himnimizin sözlərini səhv oxumasına aydınlıq gətirib.

Axar.az xəbər verir ki, Elza Seyidcahan Moderator.az-a himnimizi bilərəkdən səhv oxuduğunu deyib: "Həmin video himnimizi səhv oxuyanlara bir mesaj idi. Elzanın bir səhvi böyük layihədir. Məhz 9 noyabr Bayraq günündə Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzində bu fikri həyata keçirdik. Şuarımız "Himnimizi əzbərləyək" idi".

İfaçı bu videonu birmənalı qarşılamayanlara təəssüf edib:

"İllərdir bütün dünyada himnimizi düz oxuyuram. Niyə bunu yazmırlar? Ancaq doğrudan da himnimizi çoxları bilmir. Ona görə də hər zamankı kimi Elza Seyidcahanın və Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin bu layihəsi bütün dünya azərbaycanalılarını bir qədər yaxşı mənada silkələdi. Himnimizi bilirikmi? Qəlbində xoş niyyəti olan insanlar bu layihəni alqışlayırlar. Pis, qara niyyətli insanların isə mənə atdıqları daşlar qəmbərə çevrilib qayıdır özlərinə".

Elza Seyidcahan onda qüsur axtaranlara da səslənib: "Məndə qüsur tutub bir qırmızı işıq yandıranlar, sizə bir sualım var: Heç olmazsa sizin tutduğunuz əməllərinizdə bir yaşıl işıq yanırmı? Qırmızıdan alışıb yananda elə yer qoyun ki, yanğınızı söndürməyə bir qaşıq su tapa biləsiniz. Elza Seyidcahan himni həm əla oxuya bilir, həm də pianoda əla ifa edir. Həm də vətənpərvər himnlər bəstələyir. "Gedək himnimizi əzbərləyək!"

Tarix
2016.11.14 / 01:03
Müəllif
Axar.Az
Digər xəbərlər

Türkiyədən Azərbaycanla bağlı bəyanat

Elvin Əlizadəyə TƏBİB-də yüksək vəzifə verildi

Azərbaycanın Ukraynaya yardımına AB-dən reaksiya

Əliyev, Putin və Paşinyan qapalı görüş keçirib?

Prezidentin Türkmənistana səfəri ilə bağlı paylaşım - Video

Paşinyan müharibə vaxtı bundan şoka düşmüşdü - Video

Əliyev yeni təhlükəsizlik arxitekturası qurdu: İnqilabi proses

Əliyev, Putin və Pezeşkian nələri müzakirə edib?

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı

Azərbaycan vətəndaşları Ermənistana keçib? – Açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla