Yuxarı

Bakıda “Zima-2019” qala-konserti - Foto

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dekabrın 14-də Heydər Əliyev Sarayında “Beat Group” şirkətinin təşkilatçılığı və Mədəniyyət Nazirliyinin dəstəyi ilə növbəti “Zima-2019” Beynəlxalq Uşaq Festivalının qala-konserti keçirilib.

Kult.az xəbər verir ki, konsertdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.

Bu il festivalda iştirak etmək üçün 110 uşaq müraciət edib və təşkilat komitəsi onların arasından 20 ən yaxşı ifaçını seçib. Tədbirin aparıcıları əvvəlki festivallardan da yaxşı tanıdığımız gənc artistlər Rüfət Məmmədov və Suel Heybətova olublar.

Konsertdən əvvəl iştirakçılar qırmızı xalının üzərindən keçiblər və festivalla bağlı təəssüratlarını bölüşüblər. “Səs. Uşaqlar” şousunun altıncı mövsümünün qalibi Ərcan Maksim “Zima” festivalının yüksək səviyyədə təşkilindən heyranlığını ifadə edib, Bakıya gəlmək və Azərbaycan tamaşaçıları qarşısında çıxış etmək imkanı yaratdıqlarına görə təşkilatçılara təşəkkürünü bildirib. Festivalın aparıcısı Rüfət Məmmədov iştirakçıların hamısına uğurlar arzulayaraq deyib ki, tamaşaçıları maraqlı çıxışlar gözləyir. “Zima” festivalı sayəsində çoxlu yeni dostlar tapmaq olar”, - deyə o vurğulayıb.

Sonra maraqlı konsert proqramı başlayıb. Xalq artisti Aygün Kazımova və Cəlal Bəşirli birlikdə “Qara gözlər” mahnısını ifa ediblər. Əməkdar artist Sevda Ələkbərzadə isə Fəxriyyə Əliyeva ilə səhnəni paylaşaraq “Qal sənə qurban” mahnısını təqdim ediblər.

Gənc istedadların parlaq ifaları böyük maraqla qarşılanıb. Sarayın səhnəsində, həmçinin Türkiyə, Ukrayna, Gürcüstan, Qazaxıstan, Fransa və Böyük Britaniya təmsilçiləri də çıxış ediblər.

“Zima” festivalı, ilk növbədə, uşaqların musiqi bayramıdır. Hər bir gənc ifaçı böyük səhnəyə çıxmaqla burada artıq qalib olur. Sonda bütün iştirakçılara xüsusi diplomlar və xatirə hədiyyələri təqdim edilib.

“Zima” festivalı ildən-ilə daha parlaq, maraqlı və genişmiqyaslı olur. Festival iştirakçıları artıq müxtəlif nüfuzlu beynəlxalq müsabiqələrdə uğurla iştirak ediblər. Belə ki, “Zima-2017” festivalının bir qrup iştirakçısı “Vo ves qolos” Beynəlxalq Musiqi Televiziya Festivalının qalibi olub. Fərqlənənlər arasında Rüstəm Kərimov da var. O, “San-Remo Junior-2017” uşaq-gənclər musiqi yaradıcılıq festivalının xüsusi mükafatına layiq görülüb. “Zima-2018” festivalının iştirakçısı Aleksandr Zazaraşvili isə Ukraynada “Qolos. Deti” populyar televiziya müsabiqəsinin qalibi olub.

Tarix
2019.12.14 / 23:24
Müəllif
Kult.az
Digər xəbərlər

Azərbaycan bu ölkəni təbrik etdi

Bakı ilə bu ölkə arasında viza məsələsi müzakirə olunacaq

Bakı və Kiyev qaz təchizatını müzakirə etdi

Suriya lideri Bakıda İsrail rəsmiləri ilə görüşüb

İlham Əliyev Milatoviçi təbrik etdi

Rusiya Zəngəzur dəhlizinin bahalığından “narahat” oldu

Türkiyə ilə Ermənistan arasında yeganə hüquqi sənəd...

Ukrayna müharibəsi təhlükəsizliyə ciddi zərər verir - Rəfiyev

TRT-dən tarixi Azərbaycan şəhəri ilə bağlı böyük səhv

İlham Əliyev Ərdoğana zəng etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla