Yuxarı

Parisdə azərbaycanlı solistlər konsert verdi

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto
Parisdə azərbaycanlı solistlər konsert verdi

Parisin 5-ci rayonunda yerləşən Saint Severin kilsəsində klassik musiqi konserti olub.

Kult.az xəbər verir ki, Fransanın İncəsənətin Dostları Assosiasiyasının təşkil etdiyi konsertdə Rusiya Federasiyası Tatarıstan Respublikasının Əməkdar artisti, Sankt- Peterburq Mariinski Teatr truppasının solisti, beynəlxalq müsabiqələr laureatı, həmvətənimiz Timur Abdikeyev və Bakı Musiqi Akademiyasının Opera Studiyasının solisti Adil Axundov çıxış ediblər.

Konsert çərçivəsində görkəmli bəstəkarlar Jeorq-Frederix Handel (Georg Friedrich Haendel, 1685), Jan-Sebastyən Bax (Jean-Sébastien Bach, 1685), Franz Jozef Haydn (Franz Joseph Haydn, 1732), Vinçenso Bellini (Vincenzo Bellini, 1801), Rudolfo Falvo (Rodolfo Falvo, 1873) və Jorj Gerşvin (George Gershwin, 1898) əsərləri ifa olunub.

Qeyd edək ki, Bakıda anadan olmuş T. Abdikeyev Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasını bitirib. 2000-ci ildə Bakıda Şövkət Məmmədova adına Respublika və Bülbül adına vokalistlərin Beynəlxalq müsabiqələrinin mükafat və fəxri adlarına layiq görülüb. «Ümid» diplomu və İ.K.Arxipova adına Fondun mükafatına layiq görülmüşdür. O, Vladimir Atlantovun rəhbərlik etdiyi vokalistlərin beynəlxalq müsabiqəsinin laureatı və Milanda Leyla Gencerin rəhbərlik etdiyi “La Scala” teatr müsabiqəsinin finalisti olub.

2004-cü ildə Sankt -Peterburqun Marliinski Teatrının səhnəsində karyerasına başlayan T. Abdikeyev bu əfsanəvi teatrın səhnəsində 60-dan çox rolları ifa edib.

T.Abdikeyev Paris, London, Madrid, Vaşinqton, Nyu-York, Stokholm, Kiyev və Moskva şəhərlərinin məşhur opera və teatrlarında konsertlər verib və Ferruçço Furlanetto, Nikolay Putilin, Olqa Borodina, Anna Netrebko, Vasili Qerello, Viktor Çernomortsev kimi məşhur artistlərlə eyni səhnəni bölüşüb.

T. Abdikeyev hazırda Parisdə yaşayır və karyerasını davam etdirir.

Tarix
2020.01.05 / 11:57
Müəllif
Kult.az
Digər xəbərlər

ABŞ-da İran üzrə peşəkarlar niyə işdən çıxarıldı?

Bu nazirin müavilərinin sayı 6-ya çatdı

Nazir müavini təyin edilən jurnalist oğlunun - Dosyesi

Yaxın vaxtda Azərbaycana səfər edəcəm - Vuçiç

Mehriban Əliyeva xalqı bu sözlərlə təbrik etdi

İlham Əliyevdən sərəncam: Həsənov nazir müavini oldu

Azərbaycan Ermənistan ərazisində hərbi postlar qurub?

Bu şəxslər 1 il müddətinə zabit kimi orduda xidmət edə biləcək

Prezident fərmanı: Səhiyyə idarəçiliyində yeni məntiq...

Azərbaycan XİN Tunisi təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla