Yuxarı

Ramalın ilk konsertinə kimlər gəldi? - Foto

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ramalın ilk konsertinə kimlər gəldi? - Foto

MM Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva görmə imkanları məhdud istedadlı gənc müğənni Ramal Əzimzadənin 3 dekabr - Beynəlxalq Əlillər Günü münasibəti ilə təşkil olunmuş “Sənət sərhəd tanımır” adlı konsert proqramında çıxış edib.

Kult.az xəbər verir ki, Beynəlxalq Muğam Mərkəzində təşkil olunmuş tədbirin aparıcısı – Milli Məclisin Mədəniyyət Komitəsinin eksperti Əkbər Qoşalı olub.

“Ramal ilk konsertini qalib ölkənin qürurlu gənc sənətçisi olaraq keçirir. Bu bir gənc sənətçi üçün gözəl özkeçmişdir”, - Ə.Qoşalı bildirib.

Milli Məclisin Mədəniyyət Komitəsi, Beynəlxalq Muğam Mərkəzi, Masallı Təhsil Fondu, “Nəfəs” İB və RHİMİB-in təşkilatçılığı, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” ictimai birliyinin mənəvi dəstəyi ilə keçirilən konsert proqramında çıxış edən Qənirə Paşayeva gənc müğənnini öz mənəvi övladı adlandırıb, onun əzmkarlığından, iradəsindən söz açıb:

“Ramal kimi gənclərimiz sənətin, istedadın əngəl tanımadığını parlaq şəkildə nümayiş etdirir. Biz bir daha görürük ki, əngəl gözdə, əldə, ayaqda deyil, baxışlarda, könüldə olur. Demək, insanlar öz baxışlarını dəyişməlidir, baxıslar, yanaşmalar əngəlsiz, qüsursuz olmalıdır.

Siz özünüz bir daha şahid oldunuz ki, Ramal necə gözəl oxuyur, necə gözəl repertuara sahibdir. Üstəlik, Ramal öz bəstələri ilə də seçilir. Gərək el şənlikləri, toylar təşkil edən bizlər belə gənclərimizi həmin tədbirlərə dəvət edək. Sənətə, sənətçiyə dəstəyi hər birimiz sözdə yox, əməldə göstərməliyik.

Mən Ramalın anasına, ailəsinin bütün üzvlərinə, o cümlədən ona sənətin sirlərini öyrədən müəllimlərinə təşəkkür edirəm. Təşəkkür edirəm ki, ona inanıb, ona arxa-dayaq olublar”.

Açılış mərasimində millət vəkili Məşhur Məmmədov, RHİM İB sədri Arzu Bağırova, “Nəfəs” İB sədri Firəngiz Balakişiyeva, Yunus Əmrə İnstututunun Azərbaycan nümayəndəliyinin rəhbəri Səlcuq Karakılıç çıxış edib, görmə imkanları məhdud istedadlı gənc müğənni Ramala uğurlar diləyiblər və təşkilatçıların adından xatirə hədiyyəsi təqdim olunub.

Konsert prqoramı Mədəniyyət TV tərəfindən lentə alınıb.

Tarix
2021.12.04 / 22:10
Müəllif
Kult.az
Digər xəbərlər

Mehdiyevlər İmişli bazarını belə ələ keçirib - Şok detallar

Bu sözümdən sonra Petrosyan imza atmadı, Şuşa alındı...

Qlobal LNG bazarı yenidən bölüşdürülür

Azərbaycana qarşı gizli laboratoriya necə “qurudu”...

Zəfər Andı: Qəhrəmanlıq, vətənpərvərlik, birlik gecəsi - Foto

Rəsmi Bakıdan UNESKO-nun bu qərarına reaksiya

Paşinyan hakimiyyətdə qalmalıdır, əks təqdirdə... - Oqtay

AXCP və Müsavat siyasi səhnədən niyə getməlidir?

Bu şəhərdə qan su yerinə axır: Rusiya 120 min əsgər itirdi

İlham Əliyevin bu açıqlamasına İrəvandan reaksiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla