Yuxarı

Tiflisdə Behbudovun xatirə konserti keçiriləcək

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tiflisdə Behbudovun xatirə konserti keçiriləcək

Dekabrın 14-də Gürcüstanın paytaxtı Tiflisdə dünya şöhrətli sənətkar, Azərbaycan və SSRİ-nin xalq artisti Rəşid Behbudovun anadan olmasının 106-cı ildönümünə həsr olunan xatirə konserti keçiriləcək.

Kult.az xəbər verir ki, tədbir Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Mərkəzinin təşkilatçılığı ilə Tiflis Dövlət Konservatoriyasında təşkil olunacaq.

​Xatirə konsertinin keçirilməsinə Gürcüstanın Mədəniyyət, İdman və Gənclər Nazirliyi, Azərbaycanın Gürcüstandakı səfirliyi, SOCAR şirkəti dəstək göstərib.

​Konsertdə gürcü və azərbaycanlı solistlər Rəşid Behbudovun repertuarından mahnılar ifa edəcəklər. Tədbirdə böyük müğənni ilə tanışlığı olmuş Gürcüstanın tanınmış mədəniyyət və ictimai xadimləri xatirələrini bölüşəcək.

Proqramda Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə Azərbaycan Dövlət Akademik Filarmoniyasının “Gənclərə dəstək” layihəsinin gənc musiqiçiləri də çıxış edəcəklər.

Tarix
2021.12.10 / 16:24
Müəllif
Kult.az
Digər xəbərlər

Zakir Həsənov Türkiyədə səfərdədir

Moskvaya gedən avtobus qəzaya düşdü: 50 azərbaycanlı...

XİN Türkiyəni təbrik etdi

Tramp iki ölkəni hədələdi - Sərt cavablar gəldi...

Güney azərbaycanlı fəallar məhkəməyə çağırıldı - Səbəb

Azərbaycandakı yəhudi dini icmaları birgə açıqlama yaydı

Avropanın iki paytaxtında Bakıya qarşı hazırlıq...

Liderlər Bişkekdə toplanır - Əliyev də var

Zaxarova Paşinyana: Sizi müdafiə etməyə gəlirdik, Qarabağı...

Türkiyənin Naxçıvandakı konsulundan Zəngəzur açıqlaması

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla