Yuxarı

VIII “Muğam” müsabiqəsinə sənəd qəbulu artıq başa çatdı

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto
VIII “Muğam” müsabiqəsinə sənəd qəbulu artıq başa çatdı

VIII “Muğam” müsabiqəsinə sənəd qəbulu artıq başa çatıb.

Bu barədə Kult.az-a AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nərgiz Rəfiyeva məlumat verib.

Onun sözlərinə görə, Azərbaycanın bütün regionlarını əhatə etməklə müsabiqədə iştirak etmək üçün müraciət edən 300-dən çox şəxsin sənədləri qəbul edilib.

Sənədlər regional mərkəz olaraq Xaçmaz, Sabirabad, Lənkəran, Naxçıvan, Bərdə, Gəncə, İsmayıllı, Şəki və Bakıda qəbul olunub. İran İslam Respublikasından da müsabiqədə iştirak etmək istəyənlər sənədlərini təqdim ediblər.

Yarışmanın builki münsif heyətinə korifey sənətkar Arif Babayev, xalq artistləri Səkinə İsmayılova, Mələkxanım Əyyubova, Sərdar Fərəcov, Nəzakət Teymurova, Mənsum İbrahimov, Teyyub Aslanov, əməkdar artist Fərqanə Qasımova və əməkdar mədəniyyət işçisi İlqar Fəhmi daxildir.

Birinci seçim turu aprelin 2-dən regionlarda başlayacaq. 21-22 aprel tarixlərində isə Beynəlxalq Muğam Mərkəzində müsabiqənin Bakı üzrə birinci seçim turu, 23-24 apreldə 2-ci seçim turu baş tutacaq və münsiflər heyəti tərəfindən iki turun yekununa görə ən yüksək bal toplamış 20 nəfər final mərhələsinə iştirak hüququ qazanacaq.

Final mərhələsi mayın 10-dan etibarən həftənin 2-ci və 4-cü günləri Azərbaycan Televiziyası ilə canlı yayımlanacaq.

Tarix
2022.03.30 / 15:28
Müəllif
Sayalı Abasova
Digər xəbərlər

İraq prezidenti WUF13-ə dəvət olundu

Azərbaycan XİN bu ölkəni təbrik etdi

İlham Əliyev Polşa prezidentini təbrik etdi

İran Ermənistandakı Göy Məsciddə tədbir keçirdi

Həkimə qumbara atan şəxslə bağlı hər şey üzə çıxdı - Video

Ərdoğan Ermənistana onu göndərir - Səbəb

Məhəmməd Süleyman əl-Casir Xankəndiyə səfər edəcək

Slovakiya prezidenti Azərbaycana gələcək

İsrail səfirindən Azərbaycanla bağlı açıqlama

Qarabağda buna heyran qaldım - Braziliya səfiri

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla