Yuxarı

“Avroviziya”da qalib gələ bilərik?

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Avroviziya”da qalib gələ bilərik?

Həm pandemiyadan, həm də dünyada baş verən siyasi-iqtisadi proseslərdən sonra Avropa tamaşaçısının hansı zövqə, hansı emosiyaya kökləndiyini bilmirik.

Bu sözləri Kult.az-a açıqlamasında bəstəkar Gövhər Həsənzadə “Avroviziya-2022” mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək Nadir Rüstəmlinin ifa edəcəyi “Fade to black” mahnısı haqqında danışarkən deyib.

O bildirib ki, ölkəmiz artıq Avropada daha çox tanındığına və diqqət mərkəzində olduğuna görə, mahnının necə olmasından asılı olmayaraq, Azərbaycanın imici seçimlərdə öz sözünü deyəcək:

“Bu müsabiqə peşəkar olmadığına görə yalnız mahnıya görə proqnoz vermək çətindir. Ümumiyyətlə, öncəki illərlə müqayisədə builki “Avroviziya” mahnımız digər illərdəki çıxışlarımızdan çox da fərqlənmir. Son bir neçə ildir “Avroviziya”da uğursuz nəticələr əldə etmişik. Umid edirəm ki, bu il mahnımız və səhnə performansımız yaddaqalan olacaq”.

Qeyd edək ki, “Avroviziya-2022” İtalyanın Turin şəhərində keçiriləcək. Mahnı müsabiqəsinin birinci yarımfinalı mayın 10-u, ikinci yarımfinal 12-si baş tutacaq. Final mərhələsi isə 14 mayda keçiriləcək.

Tarix
2022.04.14 / 12:53
Müəllif
Türkan Camal
Digər xəbərlər

Əliyev yeni təhlükəsizlik arxitekturası qurdu: İnqilabi proses

Əliyev, Putin və Pezeşkian nələri müzakirə edib?

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı

Azərbaycan vətəndaşları Ermənistana keçib? – Açıqlama

Lukaşenko Paşinyana işarə edərək Əliyevə nə dedi? - Video

İlham Əliyev Pezeşkianla görüşdü - Foto

İlham Əliyev Xəzər Ekoloji Sammitində çıxış etdi - Foto

Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək

Beynəlxalq konfransın iştirakçıları Şuşada...

Xəzərin səviyyəsinin aşağı düşməsinin səbəblərindən biri...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla