Yuxarı

Bülbül bütün konsertlərinə bu ifa ilə başlayıb

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bülbül bütün konsertlərinə bu ifa ilə başlayıb

Bu gün səhnəmizin Bülbülü - Murtuza Məmmədovun 125 yaşı tamam olur.

Kult.az sənətkar haqqında maraqlı məlumatları təqdim edir.

- Murtuza Məmmədov 22 iyun 1897-ci ildə Şuşa yaxınlığında, Xankəndinin cənub ərazisi olan Xanbağında anadan olub.

- Bülbül ləqəbi ona qeyri-adi dərəcədə məlahətli səsinə görə xalq tərəfindən verilib.

- O, Azərbaycan musiqi folklorunun müntəzəm şəkildə toplanması və elmi cəhətdən işlənməsinin təşəbbüskarıdır.

- 12 yaşında Qafqazda və Orta Asiyada tanınan və sevilən ilk xanəndə idi.

- Opera səhnəmizdə Üzeyir Hacıbəyovun “Koroğlu” əsərində Koroğlunu, “Arşın mal alan”da Əsgəri, R.M. Qlierin “Şahsənəm” əsərində Qəribi, Müslüm Maqomayevin Azərbaycanda Avropa stilində yazdığı ilk opera olan “Nərgiz”də Əlyarı və bunun kimi 10-dan çox əsərdə baş rol oynayıb.

- Bülbül vokal üzrə professor elmi dərəcəsi alan ilk azərbaycanlıdır.

- M.Məmmədov demək olar bütün konsertlərində çıxışına nakam bəstəkar Asəf Zeynallının yazdığı “Ölkəm” romansı ilə başlayıb.

- Bülbülün Memorial Muzeyi Azərbaycanda vokalçı üçün yaradılan ilk muzeydir. Burada onun 8000-dən artıq yaradıcılıq, elmi-tədqiqat, pedaqoji və ictimai fəaliyyəti haqqında materiallar və sənədlərin əsli saxlanılır.

Tarix
2022.06.22 / 15:11
Müəllif
Sayalı Abasova
Digər xəbərlər

Zakir Həsənov Türkiyədə səfərdədir

Moskvaya gedən avtobus qəzaya düşdü: 50 azərbaycanlı...

XİN Türkiyəni təbrik etdi

Tramp iki ölkəni hədələdi - Sərt cavablar gəldi...

Güney azərbaycanlı fəallar məhkəməyə çağırıldı - Səbəb

Azərbaycandakı yəhudi dini icmaları birgə açıqlama yaydı

Avropanın iki paytaxtında Bakıya qarşı hazırlıq...

Liderlər Bişkekdə toplanır - Əliyev də var

Zaxarova Paşinyana: Sizi müdafiə etməyə gəlirdik, Qarabağı...

Türkiyənin Naxçıvandakı konsulundan Zəngəzur açıqlaması

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla