Yuxarı

Putinin şok tələbi: Donbası bütünlüklə istəyir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Putinin şok tələbi: Donbası bütünlüklə istəyir

Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampla Alyaska görüşü zamanı sülh sazişinin əldə olunması üçün Ukraynanın hazırda nəzarətində olduğu Donetsk vilayətinin ərazisinin 30%-dən imtina etməsini tələb edib.

Axar.az xəbər verir ki, bu barədə “Skay Nyus” agentliyində dərc olunan məqalədə deyilir.

Məqalədə bildirilir ki, Donbass adlanan ərazi iki regiondan - Luqansk və Donetskdən ibarətdir. Hazırda Luqansk vilayəti 100%-i, Donetsk isə 70%-ı Rusiyanın işğalı altındadır.

Məqalədə əlavə olaraq deyilir ki, Donetsk vilayətində Ukraynanın nəzarətində olan və bu ölkənin son 11 ildə böyük mübarizə apardığı şəhər və kəndlərin irəli sürülmüş şərt üzrə Rusiyaya verilməsi Ukraynaya ağır zərbə olar və hətta Vladimir Zelenskinin vəzifədən uzaqlaşdırılması prosesini sürətləndirə bilər.

Bundan əlavə, Ukrayna Putinin şərtləri ilə razılaşsa və Donetsk vilayətinin bir hissəsindən imtina etsə, faktiki olaraq ən yaxşı müdafiə mövqelərini ruslara verəcək. Bu zaman Rusiya onlardan qərbə, Dnepr çayı istiqamətində növbəti hücumlar üçün tramplin kimi istifadə edə biləcək ki, bu da ukraynalıların müdafiəsi üçün xeyli çətinləşəcək.

Qeyd edək ki, Donbas tarixi olaraq Ukraynanın vacib sənaye bölgəsidir. Bu ərazidə çoxlu kömür mədənləri, ağır sənaye müəssisələri, həmçinin Sovet İttifaqı dövründən qalmış silah zavodları yerləşir.

Tarix
2025.08.19 / 09:00
Müəllif
Ləman Cavadova
Digər xəbərlər

Barronun Azərbaycan əleyhinə iddialarını rədd edirik - XİN

Prokuror qardaşı oğlunu öldürən şəxsə 7 il cəza istəyib?

Ceyhun Bayramov ukraynalı həmkarı ilə danışdı

Azərbaycanla ən qısa yol istifadəyə verilir - Xaçatryan

Sabah Ermənistana növbəti tədarük olacaq

Zelenski İlham Əliyevə zəng etdi

Qazaxıstanın baş naziri Azərbaycana gəlir

Azərbaycanda bunları edənlər 7 min cərimələnəcək

Prezident təsdiqlədi: Yol polisi artıq bunu edə bilməyəcək

Ermənilər Köçəryana inandılar və Qarabağı tərk etdilər!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla