Yuxarı

Əgər Putin dayanmaqdan imtina edərsə... - Poroşenko

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əgər Putin dayanmaqdan imtina edərsə... - Poroşenko

Ağ Evdə baş verənlər sadəcə liderlərin görüşü, yaxud tək Avropa, ABŞ və Ukraynanın iştirak etdiyi sammit yox, həm də azadlıq, demokratiya və Ukraynanın mövcudluğu uğrunda mübarizənin əsas mərhələsidir.

Axar.az Report-a istinadən xəbər verir ki, bunu Ukraynanın eks-prezidenti, Avropa Həmrəyliyi Partiyasının sədri, deputat Petro Poroşenko Ali Radanın avqustun 19-da keçirilən iclasında bildirib.

Onun sözlərinə görə, avqustun 18-də Avropa, NATO və Ukrayna ilə olan birlik qalib gəldi:

"Dünya aydın şəkildə başa düşməlidir: ərazi güzəştləri tabudur. Bu, beynəlxalq hüququn məhvidir. Mən fəxr edirəm ki, məhz bu tribunadan Ali Rada mənim Ukraynanın AB və NATO-ya istiqamətli kursunun konstitusiyada təsbit edilməsi təklifimi dəstəklədi. Putinin heç vaxt Ukrayna üçün taleyüklü dəyişikliklərə veto qoymaq hüququ olmayacaq. Bu, dövlətimizin strateji kursudur. Ancaq yadda saxlamalıyıq: Putinə təkcə Donbas yox, bütün Ukrayna lazımdır. Ona görə də ordumuzun ixtisarını, rus dilinə rəsmi status verilməsini, rus kilsəsinin “qorunması"nı tələb edir".

P.Poroşenko qeyd edib ki, Ukrayna dövlətinin əsas vəzifəsi ordunu, dili və inamı qorumaqdır:

"Çünki onlar Ukrayna dövlətçiliyinin əsasıdır. Əgər Putin dayanmaqdan imtina edərsə, cavab “B planı” olmalıdır: daha çox silah, daha çox maliyyə yardımı, daha çox sanksiyalar, NATO və AB-yə açılan qapılar olmalıdır".

O, Ukrayna Prezidentinin Ali Radaya dəvət edilməsini zəruri sayıb:

"Biz bilməliyik ki, Vaşinqton danışıqlarında nə baş verdi və bundan sonra necə birlikdə hərəkət edəcəyik?!"

Tarix
2025.08.19 / 14:40
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentdən Qarabağa səfərlə bağlı - Video

Rüstəmxanlı: Bu, türk dünyasının başını ucaltdı - Video

Şərifdən İlham Əliyevə: Sizi səbirsizliklə gözləyirik!

XİN-dən 8 Noyabrla bağlı - Bəyanat

Maohi Nuidə təbii sərvətlər üzərində suverenlik elan olundu

Bu, Bakı-İrəvan əlaqələrinin inkişafı üçün... - ABŞ diplomatı

Azərbaycanın ədalətli mübarizəsi Türk dünyasını qürurlandırdı

Ərdoğan İlham Əliyevi təbrik etdi

Şuşa zəfəri Azərbaycan tarixinin ən şanlı səhifələrindəndir

Biz artmadıq, Azərbaycan isə 10 milyon oldu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla