Yuxarı

Şok tədqiqat: 6 min ildən bir baş verir, Yer kürəsi yaxında...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şok tədqiqat: 6 min ildən bir baş verir, Yer kürəsi yaxında...

Kosmik hava durumu üzrə mütəxəssis Ben Devidson araşdırmalarına əsaslanaraq şok açıqlama ilə çıxış edib.

Axar.az xəbər verir ki, “Space Weather News”un (Kosmik Hava Xəbərləri) qurucusu iddia edir ki, planetimiz nəhəng maqnit fəlakətinin astanasındadır və bəşəriyyətin 90 faizi yox olmaq riski ilə üzləşib.

O, bu kimi kosmik prosesin 6 min ildən bir meydana gəldiyini və daha şiddətli formada isə 12 min ildən bir təkrarlandığını söyləyib.

Devidson bildirir ki, Günəşdə növbəti partlayış planetimizin maqnit qütblərini dəyişə bilər və bu da sunamilər, iqlim fəlakətləri və kütləvi məhvə gətirib çıxaracaq.

Planetdə həyat dayana bilər

Devidson bu olayın elektrik şəbəkələri, su təsisatları, ərzaq sektoru və logistika sisteminin fəaliyyətini iflic edəcəyini vurğulayıb. GPS dəstəkli kənd təsərrüfatı və fövqəladə hallar xidmətləri tamamilə sıradan çıxacaq.

Devidson bildirib ki, Yerin maqnit sahəsi təbii dəyişikliklər səbəbindən tədricən zəifləyir və qütblərin yerdəyişməsinə səbəb olur.

Təhlükə yaxındırmı?

Davidsonun açıqlamalarına görə, belə bir fəlakətin 10-25 il ərzində baş vermə ehtimalı var. Bu halda dünyanın bir neçə gün ərzində xaosa qərq ola biləcəyi irəli sürülüb.

Tədqiqatlara görə, sonuncu kütləvi yoxolma 66 milyon il əvvəl dinozavrların məhvi ilə baş verib.

Tarix
2025.09.22 / 09:08
Müəllif
Kamran Ədalət
Digər xəbərlər

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

Əl-Əqsa və Göy Məscid: İranın siyasətinin əsl mahiyyəti

İlham Əliyev Türkiyə səfərindən video paylaşdı

İlham Əliyevin Türkiyəyə səfəri başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla