Yuxarı

İrəvanda gərginlik səngimir: 4 polis yaralandı - Yeniləndi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İrəvanda gərginlik səngimir: 4 polis yaralandı - Yeniləndi

22:24

İrəvanda silahlı şəxslər tərəfindən ələ keçirilən post-patrul xidməti alayının binasının qarşısına əlavə polis qüvvələri cəlb olunub.

APA-nın verdiyi xəbərə görə, binanı mühasirəyə almış polis qüvvələri ərazini ciddi nəzarətə götürüb. Məlumata görə, hadisə yerinə polis qüvvələri komandanı Levon Yeranosyan da gəlib.

Məlumata görə, hadisə yerinə həmçinin onlarla mülki vətəndaş toplaşıb. Bildirilir ki, onlar silahlı şəxslərə qarşı xüsusi əməliyyat keçirəcək polislərə mane olmaq niyyətindədirlər.

00:15

Ermənistanda silahlı qrup tərəfindən tutulmuş binanın digər yanında keçirilən aksiyada toqquşmalar zamanı dörd polis əməkdaşı xəsarət alıb.

Trend-in məlumatına görə, bunu Ermənistan parlamentinin müxalifətçi deputatı Nikol Paşinyan bildirib.

"Demə ki, Saritarx rayonun tərəfindən də etiraz aksiyası keçirilir və məhz orada polislər xəsarət alıb. Orada aksiya iştirakçıları binanın önünə keçmək istəyiblər, onlara müqavimət göstərilib və polis əməkdaşlarını daşa basıblar. Onları təcili yardım maşınları götürüb", - deputat bildirib.

Tarix
2016.07.20 / 00:15
Müəllif
Axar.az
Digər xəbərlər

Meloni Azərbaycana bu tarixdə gələcək

Bu, Azərbaycanla münaqişənin başlaması deməkdir...

Bu qətnamələr tamamilə qərəzlidir - Deputat

Ermənistana dizel daşıyan qatar Biləcəridən yola düşdü

Gürcüstan DTX-nin 62 səhifəlik sənədində Azərbaycan...

Tərifli göz həkimindən göz dağı - Qəbulunda nələr gördüm?

Bakı ermənisi olan senator qiyabi həbs olundu

Ukrayna buna görə Azərbaycana təşəkkür etdi

Bakı və Ankara arasında hərbi əməkdaşlıq müzakirə edildi

Bu ölkələrin qərəzli sənədlərini rədd edirik - MM

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla