Yuxarı

Putini Türkiyə qırıcıları qoruyacaq

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Putini Türkiyə qırıcıları qoruyacaq

Rusiya Prezidenti Vladimir Putinin ABŞ Prezidenti Donald Trampla Budapeşt sammitinə gedən marşrutu açıqlanıb.

Axar.az xəbər verir ki, bu barədə Rusiyanın “Komsomolskaya Pravda” qəzeti məlumat yayıb.

Bildirilib ki, Rusiya liderinin təyyarəsi Qara dəniz, Türkiyə, Yunanıstan sahilləri, Albaniya, Monteneqro və Serbiya üzərindən uçacaq.

Putinin təyyarəsini Qara dənizə qədər Rusiya qırıcıları, ardınca isə Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus F-16-lar qoruyacaq. Moskva bəyan edib ki, bu tədbirlər hər cür təxribatın qarşısını almaq üçün atılıb.

Bundan əlavə, Putinin Budapeştə çatması üçün alternativ marşrut da hazırlanıb. İkinci marşrutun Xəzər dənizi, İran, Türkiyə, Aralıq dənizi, Monteneqro və Serbiyadan keçməsi planlaşdırılır.

BBC-nin bu barədə yazdığı başqa bir məqaləyə görə, Putin təhlükəsizliyini təmin etmək üçün İl-96 təyyarəsindən istifadə etmək istəyəcək. Lakin bu halda Rusiya AB və ya NATO üzvü olan ölkələrin hava məkanından keçmək və AB-nin rus təyyarələrinə qarşı tətbiq etdiyi qadağanı pozmaq üçün xüsusi icazə almağa məcbur olacaq.

Avropa Komissiyasının sözçüsü Anitta Hipper açıqlamasında üzv ölkələrin öz təşəbbüsləri ilə istisna tətbiq edə biləcəyini, lakin bu qərarın hər bir ölkə tərəfindən ayrıca verilməli olduğunu bildirib.

NATO da məsələni müzakirə edib və Trampın bu prosesə daxil olması səbəbilə ölkələrin bu məsələyə razılıq vermə ehtimalının yüksək qiymətləndirildiyi bildirilib.

Tarix
2025.10.18 / 20:17
Müəllif
Ləman Cavadova
Digər xəbərlər

Bakı ilə komissiya yaradılıb, proses davam edir - Simonyan

Erməni qayınanasının dəfninə gələ bilməyən nankor yavər

Mehdiyev işdən çıxandan sonra “prezident otağına” niyə qayıdıb?

ABŞ admiralı Azərbaycana təşəkkür etdi

Ramiz Mehdiyev bunlardan məhrum ediləcək

Mehdiyevin ətrafındakı deputatlar: Ona “ata” deyən...

Ramiz Mehdiyevin şəbəkəsində kimlər var? - Adlar açıqlandı

Ramiz Mehdiyevin siyasi planları: Hamısı ifşa olunacaq!

Bu qürurlu gündə İlham Əliyevə salamlarımı çatdırıram

Prezident ABŞ admiralı ilə görüşdü

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla