Yuxarı

Sabiq gürcü məmurların evlərində axtarış... - Təfərrüat

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sabiq gürcü məmurların evlərində axtarış... - Təfərrüat

Xəbər verdiyimiz kimi, ötən gün Gürcüstanın sabiq baş naziri İrakli Qaribaşvili, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçmiş rəhbəri Qriqol Liluaşvili, keçmiş baş prokuror Otar Partsxaladze və onlarla əlaqəli şəxslərin evlərində axtarış aparılıb.

Axar.az xəbər verir ki, bununla bağlı Gürcüstanın Baş Prokurorluğunda brifinq keçirilib.

Qeyd olunub ki, onların evlərindən ümumilikdə 7 milyon 2 min 200 ABŞ dolları və 136 min lari məbləğində nağd pul götürülüb.

Bildirilib ki, əməliyyat zamanı 198 ədəd qızıl-zinət əşyası və saat, bahalı rəsm əsərləri, bir neçə min vərəq sənəd, eləcə də 50 mobil telefon və 119 ədəd elektrik avadanlığı da sübut kimi götürülüb. Əməliyyat oktyabrın 17-də səhər saat 10:00-dan etibarən Tbilisidə, eləcə də Dedoplistskaro, Vani, Çoxatauri və Borjomi rayonlarında keçirilib. Ümumilikdə 24 yaşayış ünvanında və bir neçə fərdi şəxsdə axtarış aparılıb.

Axtarış tədbirlərində Gürcüstan Baş Prokurorluğu və Dövlət Təhlükəsizliyi Xidmətinin 230-a yaxın əməkdaşı iştirak edib.

Hazırda istintaq orqanları götürülmüş pul və əşyaların mənşəyini araşdırır, eləcə də toplanmış sənədlər və elektron cihazlar üzərində texniki analiz aparılır. Rəsmi məlumata görə, istintaqın nəticələri yaxın günlərdə ictimaiyyətə təqdim ediləcək.

Tarix
2025.10.18 / 19:02
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı ilə komissiya yaradılıb, proses davam edir - Simonyan

Erməni qayınanasının dəfninə gələ bilməyən nankor yavər

Mehdiyev işdən çıxandan sonra “prezident otağına” niyə qayıdıb?

ABŞ admiralı Azərbaycana təşəkkür etdi

Ramiz Mehdiyev bunlardan məhrum ediləcək

Mehdiyevin ətrafındakı deputatlar: Ona “ata” deyən...

Ramiz Mehdiyevin şəbəkəsində kimlər var? - Adlar açıqlandı

Ramiz Mehdiyevin siyasi planları: Hamısı ifşa olunacaq!

Bu qürurlu gündə İlham Əliyevə salamlarımı çatdırıram

Prezident ABŞ admiralı ilə görüşdü

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla