Qəzza zolağı üçün beynəlxalq hərbi kontingentə Misir rəhbərlik edəcək.
Axar.az xəbər verir ki, bu barədə “Quardian” məlumat yayıb.
Nəşrin məlumatına görə, Qəzzaya Azərbaycan, İndoneziya və Türkiyə də “sabitlik korpusu”nun tərkibinə xeyli sayda hərbçi göndərəcək. Ancaq Avropa ölkələrinin qoşunları Qəzzanın təhlükəsizliyinin təmin edilməsində iştirak etməyəcəklər.
Həmçinin ABŞ və Avropa ölkələri BMT Təhlükəsizlik Şurasına Qəzza üçün beynəlxalq kontingentin formalaşdırılması ilə bağlı qətnamə təqdim edəcəklər və bu sənəddə kontingentin səlahiyyətləri aydın şəkildə göstəriləcək.
Eyni zamanda, ABŞ hakimiyyəti Qəzzada yerləşdiriləcək hərbi qüvvələrin rəsmi BMT sülhməramlı kontingenti çərçivəsində fəaliyyət göstərməsinə qarşı çıxır. ABŞ Qəzza anklavında yerləşdiriləcək qoşunların Haitidə təşkil olunmuş cinayətkar qruplarla mübarizə aparan beynəlxalq qüvvələrlə eyni statusa malik olmasını istəyir. Misir hərbçilərin bu formatda yerləşdirilməsinə hələlik razılıq verməyib.