Yuxarı

Türkiyədən Putin-Şara görüşünə reaksiya

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyədən Putin-Şara görüşünə reaksiya

Vladimir Putinlə Əhməd əş-Şaranın görüşü lazımlı bir dialoq idi. Həqiqi dövlət adamlarında belə xüsusiyyət olur. Mübahisə edərkən belə, danışa bilirlər. Əhməd əş-Şara və onun dostları Rusiyanın Əsədi dəstəklədiyi vaxt əks cəbhələrdə döyüşürdülər. Rusiya isə yeni reallığı qəbul etdi və “gəlin, danışaq” dedi.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.

“Şara da “Siz artıq həyatın bir gerçəyisiniz, Rusiya böyük bir dövlətdir” deyərək gedib, danışdı.

Şaranın bu mövzuda məsuliyyətli davrandığını düşünürəm. Bizim öz aramızda məsləhətləşmələrimiz olur. Biz də min illərə dayanan dövlət təcrübəmizi paylaşmağa çalışırıq.

Burada Rusiyanın davranışını da, Suriyanın ortaya qoyduğu mövqeyi də təqdir edirəm. Əsas məsələ dialoq qapısını açmaqdır.

Suriya ilə hər cür şəkildə təmas halındayıq. Saatlarla davam edən görüşlər keçiririk. Dünən uzun bir telefon danışığımız oldu. İzlədiyimiz bir neçə vacib məsələ var idi. Dostlarımız, nazirlərimiz, dövlət qurum və təşkilatlarımız daima əlaqə saxlayırlar”, - deyə Fidan bildirib.

Tarix
2025.10.18 / 23:45
Müəllif
Ləman Cavadova
Digər xəbərlər

Azərbaycanda bu ölkənin səfirliyi açıla bilər

Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?

Azərbaycanın nüvə silahlarının ləğvi ilə bağlı mövqeyi...

Bu şəxslərin maaşları müəyyənləşdi

Azərbaycanla Vatikan arasında mühüm sənəd imzalandı

Dövlət müəssisələri ilə bağlı vacib qərar

İlham Əliyev Nuveyslə görüşü ilə bağlı video paylaşdı

Bayramov Şeyx Əhmədlə Bakı sammitini müzakirə etdi

Ramil Həsən Baxçalı ilə görüşdü - Foto

İlham Əliyev Nuveysi qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla