Yuxarı

"Çermet" körpüsündə çatlar yaranıb? - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Çermet" körpüsündə çatlar yaranıb? - Foto

Bakıda "Çermet" körpüsü kimi tanınan yol ötürücüsünün sütunlarının birində çatların yarandığı və aqlay üzlük daşının töküldüyü iddia olunur.

Axar.az xəbər verir ki, bu barədə Oxu.az-a vətəndaşlar müraciət ediblər.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib ki, körpü konstruksiyasını saxlayan sütun üzlük daşların yapışdırılması məqsədilə əvvəlcədən vurulmuş beton təbəqəsinin içərisində yerləşir:

"Sütunun ümumi konstruktiv vəziyyəti qənaətbəxş hesab olunur, hər hansı deformasiya, çat və ya dağılma əlamətləri müşahidə olunmur. Üzlük daşların bərkidilməsi üçün istifadə edilən sement əsaslı yapışdırıcı zaman keçdikcə xarici mühitin təsiri (nəmişlik, temperatur fərqləri, günəş radiasiyası və s.) nəticəsində təbii eroziya prosesinə məruz qala bilər. Bunun nəticəsində yapışdırıcı təbəqədə qopma və ya səthdən ayrılma hallarının yaranması mümkündür. Bu hadisə materialın fiziki-kimyəvi xüsusiyyətlərindən irəli gələn normal proses hesab olunur və hazırda konstruksiyanın dayanıqlığına təsir göstərmir".

Tarix
2025.10.18 / 18:12
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı ilə komissiya yaradılıb, proses davam edir - Simonyan

Erməni qayınanasının dəfninə gələ bilməyən nankor yavər

Mehdiyev işdən çıxandan sonra “prezident otağına” niyə qayıdıb?

ABŞ admiralı Azərbaycana təşəkkür etdi

Ramiz Mehdiyev bunlardan məhrum ediləcək

Mehdiyevin ətrafındakı deputatlar: Ona “ata” deyən...

Ramiz Mehdiyevin şəbəkəsində kimlər var? - Adlar açıqlandı

Ramiz Mehdiyevin siyasi planları: Hamısı ifşa olunacaq!

Bu qürurlu gündə İlham Əliyevə salamlarımı çatdırıram

Prezident ABŞ admiralı ilə görüşdü

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla