Yuxarı

Şərait yaradılsa belə, Moskvanı vura bilmərik - Timoçko

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şərait yaradılsa belə, Moskvanı vura bilmərik - Timoçko

Ukraynaya Rusiyanın dərinliklərinə zərbələr endirməyə icazə verilsə belə, bütün bunlar tənzimlənəcək və müzakirə olunacaq.

Axar.az xəbər verir ki, bunu Report-a açıqlamasında, Ukrayna Quru Qoşunlarından ehtiyatda olanların şurasının sədri, polkovnik İvan Timoçko bildirib.

Onun sözlərinə görə, hər şey bu uzaq mənzilli raketlərin taktiki-texniki xüsusiyyətlərindən və uçuş radiusundan asılı olacaq:

"Çox güman ki, bunlar 300 kilometrə qədər radiuslu raketlər olacaq. Moskva, Kreml bundan xeyli uzaqda yerləşir. Əgər, raket istehsalçı ölkə tərəfindən qoyulmuş taktiki-texniki xarakteristikalara uyğun olarsa və zərbə radiusu, şərti olaraq 1000 kilometrdən çox olarsa, onda hətta Moskvada yerləşən hərbi obyektlər potensial zərbə zonasında olacaqlar".

Bununla belə İ.Timoçko hesab edir ki, Ukraynaya Rusiyanın havadan hücum müdafiəsini yarmaq üçün kütləvi şəkildə istifadə edilə biləcək bu qədər raket verilməyəcək:

"Əlbəttə, bəzi ayrı-ayrı hərbi obyektlər, aerodromlar, strateji anbarlar və ya hərbi bazalar potensial hədəf kimi nəzərdən keçiriləcək, lakin bu kifayət qədər şərtidir. Yəni şərait yaradılsa belə, Kremli vurmaq imkanımız yoxdur".

Tarix
2025.10.25 / 18:40
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyan onu Azərbaycana qaytaracaqlarını açıqladı

Rumıniyada qalmaqal: Azərbaycanın adı niyə çəkilir?

İrəvan üçün Moskva yox, Bakı ilə münasibətlər... - Mehrabyan

Mirzoyandan sülh sazişi ilə bağlı açıqlama

Nikol sülhü uzadır, Bakının cavabı ağır olacaq

Əhməd Yılmazdan Azərbaycan çağırışı: Buna öyrəşin!

Ermənistanda TRİPP-lə bağlı işlərə başlanıldı - Foto

Ermənistan çobanı Azərbaycana qaytarır

Ərdoğanın Əliyevə zənginin şifrələri...

İranla sərhədin tam nəzarətə götürülməsindən 6 il ötür

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla