Yuxarı

Türkiyə fəlakətlə üz-üzə: Ərdoğan təcili çıxış etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyə fəlakətlə üz-üzə: Ərdoğan təcili çıxış etdi

Türkiyə və Yaxın Şərqdə 2030-cu ilə qədər su qıtlığı yarana bilər

Axar.az Globalinfo.az-a istinadən xəbər verir ki, son bir ildə Türkiyədə yağıntı səviyyəsi rekord dərəcədə aşağı düşüb.

Ekoloq Sinan Canın sözlərinə görə, bu tendensiya davam edərsə, 2030-cu ilə qədər Türkiyə və Yaxın Şərq ölkələri ciddi su çatışmazlığı ilə üzləşəcək.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışında ölkənin ən böyük şəhərlərində, Ankara, Bursa və İstanbulda su çatışmazlığının artıq hiss olunduğunu bildirib. Dövlət başçısı bunun məsuliyyətini son seçkilərdən sonra şəhərlərin idarəsini ələ alan müxalif bələdiyyələrin üzərinə qoyub və yerli hakimiyyətin fəaliyyətsizliyinin quraqlıq fonunda vəziyyəti daha da ağırlaşdırdığını vurğulayıb.

Sinan Can DHA-ya açıqlamasında deyib:

“Meteorologiya xidmətinin məlumatına əsasən, 12 ayda Türkiyədə yağıntı miqdarı son 52 ilin ən aşağı səviyyəsinə düşüb, Aralıq dənizi bölgəsində isə bu göstərici 31% azalıb”.

Mütəxəssis qeyd edib ki, yaxın onilliklərdə su qıtlığı daha da kəskinləşə və suya çıxış xeyli çətinləşə bilər. O, hökuməti və elmi qurumları yeni su mənbələri axtarmağa, həmçinin dərin qazma işləri vasitəsilə su ehtiyatlarının artırılması istiqamətində tədbirlər görməyə çağırıb.

Tarix
2025.10.25 / 19:49
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyədən Azərbaycana haqlı irad: Qardaş dar gündə...

Abbas Abbasovun nəşi Azərbaycana gətirilir

Ələkbərov bir ildə ən çox qazanan iş adamı oldu

Ərdoğan İlham Əliyevə zəng etdi

Corciya Meloni İlham Əliyevə təşəkkür etdi

General: Azərbaycana saldıranlar ağlını başına yığsın! - Video

44 günlük müharibənin ən mühüm nəticəsi... – Solonnikov

FHN rəhbərliyi Zəfər parkında - Video

Ərdoğandan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanla qardaşlığımız daim var olsun - Duran

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla