Yuxarı

Şok: Ukraynaya dəstək verən ölkələr Rusiyaya belə yardım edir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şok: Ukraynaya dəstək verən ölkələr Rusiyaya belə yardım edir

Ukraynanın ən qızğın tərəfdarları və Rusiyanın ən sərt müxalifləri sayılan Baltik ölkələri – Rusiyanın sanksiyaya məruz qalmış neftini daşıyan “kölgə donanması”na gizli şəkildə yardım göstərirlər.

Axar.az xəbər verir ki, bu barədə Litvanın LRT telekanalı məlumat yayıb.

Jurnalistlər Litva, Latviya və Estoniyada fəaliyyət göstərən və dənizdə gəmilərin yanacaqla təchizatı üzrə ixtisaslaşmış “Fast Bunkering” şirkətlər şəbəkəsinin fəaliyyətini araşdırıblar.

Araşdırma göstərib ki, 2024-cü ilin iyun ayından 2025-ci ilin mart ayına qədər həmin şirkətin idarə etdiyi “Rina” və “Zircone” adlı iki yanacaq gəmisi Baltik dənizinin müxtəlif nöqtələrində 286 yanacaq doldurma əməliyyatı həyata keçirib. Onlardan azı 159-u, yanacaq doldurmadan az əvvəl və ya sonra Rusiya limanlarına daxil olmuş tankerlərlə bağlı olub.

Kiyev İqtisadiyyat Məktəbinin analitiki Anatoli Kravtsev müəyyən edib ki, bu yanacaqdoldurma əməliyyatları zamanı azı 20 tankerin Rusiyanın “kölgə donanması”na məxsus olduğuna dair konkret məlumatlar olub.

“Xüsusilə, həmin gəmilərin heç biri Beynəlxalq “P&I” klub qrupunun üzvü olan sığorta şirkətləri tərəfindən sığortalanmayıb və onların sahibləri və idarəedici şirkətləri neftin qiymətinin məhdudlaşdırılması koalisiyasının yurisdiksiyasından kənarda qeydiyyatdan keçib”, – Kravtsev bildirib.

Tarix
2025.10.28 / 07:00
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Türkiyədən Azərbaycana haqlı irad: Qardaş dar gündə...

Abbas Abbasovun nəşi Azərbaycana gətirilir

Ələkbərov bir ildə ən çox qazanan iş adamı oldu

Ərdoğan İlham Əliyevə zəng etdi

Corciya Meloni İlham Əliyevə təşəkkür etdi

General: Azərbaycana saldıranlar ağlını başına yığsın! - Video

44 günlük müharibənin ən mühüm nəticəsi... – Solonnikov

FHN rəhbərliyi Zəfər parkında - Video

Ərdoğandan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanla qardaşlığımız daim var olsun - Duran

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla