Yuxarı

Britaniya Belçikaya PUA-lara qarşı yardım göndərir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Britaniya Belçikaya PUA-lara qarşı yardım göndərir

Böyük Britaniya son günlər Belçikada hava limanlarında və hərbi bazalarda müşahidə olunan dronlarla bağlı yaranan vəziyyətə cavab olaraq bu ölkəyə hərbi ekspertlər və avadanlıqlar göndərib.

Axar.az xəbər verir ki, bu barədə Britaniya Silahlı Qüvvələrinin rəhbəri Riçard Nayton BBC-yə danışıb.

“Dronların arxasında kimin dayandığı hələ məlum deyil, lakin Rusiya son illərdə hibrid müharibə fəaliyyətləri ilə məşğul olub. Moskva isə bu insidentlərlə əlaqəsini qəti şəkildə inkar edir”, - Nayton bildirib.

Qeyd edək ki, son günlər paytaxt Brüssel və şərqdəki Lyej şəhərinin hava limanları üzərində dronlar müşahidə edilib. Bu, bir sıra reyslərin başqa şəhərlərə yönləndirilməsinə və bəzi uçuşların təxirə salınmasına səbəb olub.

Tarix
2025.11.09 / 16:03
Müəllif
Sevgi İsmayılbəyli
Digər xəbərlər

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

Əl-Əqsa və Göy Məscid: İranın siyasətinin əsl mahiyyəti

İlham Əliyev Türkiyə səfərindən video paylaşdı

İlham Əliyevin Türkiyəyə səfəri başa çatdı

İlham Əliyev və ailəsi COP31 Sammitində... - Foto

Ərdoğan Azərbaycana təşəkkür etdi

Azərbaycanlı bloger Ermənistana buraxılmadı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla