Yuxarı

Rusiya iki briqada ilə Narvanı ələ keçirə bilər - Vaqner

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya iki briqada ilə Narvanı ələ keçirə bilər - Vaqner

Rusiya ilə NATO arasında mümkün münaqişədə məqsəd La-Manşa doğru irəliləmək deyil, əksinə, alyansı daxildən dağıtmaq olacaq. Buna təkan verə biləcək hadisə isə sözün əsl mənasında cəmi iki briqadanın gücü ilə həyata keçirilən məhdud hərbi əməliyyat ola bilər.

Axar.az xəbər verir ki, bunu DV-yə verdiyi müsahibədə alman ordusunun polkovniki Armin Vaqner deyib.

O qeyd edir ki, 1970–80-ci illərdə NATO yaradıcıları Sovet İttifaqı ilə tammiqyaslı müharibə ssenarilərini daha çox ehtimal edirdilər:

“Həmin müharibədə sovet tank orduları Qərbi Almaniyadan La-Manşa qədər irəliləyəcəkdi. Lakin indi getdikcə aşkarlaşır ki, Rusiyanın NATO-ya qarşı aqressiyası hərbi baxımdan daha məhdud, informasiyalaşdırma sahəsində isə daha intensiv olacaq”.

Vaqnerin sözlərinə görə, NATO-nun bu gün nəzərdən keçirdiyi ən ehtimal olunan ssenari Rusiyadan gələn ”iynə sancmaları”dır:

“Bu sancmaların hədəfi Baltik ölkələri olacaq. Bu mənada həssas nöqtə kimi Estoniyanın sərhədində yerləşən və əhalisinin böyük hissəsi etnik rus mənşəli olan Narva şəhərinin adı çəkilir”.

O, alman elm adamı Karlo Masalanın dərc edilmiş kitabına istinad edib:

“Orada realistik ssenari təsvir olunur — Rusiyanın iki ordu briqadası (6–10 min hərbçi) ilə sərhəd yaxınlığındakı Narvanı ildırım sürəti ilə ələ keçirir, bu isə Rusiyanın Ukraynadakı səylərinə xələl gətirmədən həyata keçirilə bilər”.

Tarix
2025.11.13 / 08:00
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Səməd Seyidovun adından saxta açıqlama yayıldı

Konqres Azərbaycanla bağlı qanunun mətnini açıqladı

Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı

Türkiyə Ermənistanla sərhədi qismən açır

Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi

Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?

“Turan” artıq realdır: mərkəzi və açar ölkəsi...

Ermənilər daha bir qonşusundan bu cür oğurlayır

Uçuşlar gecikir: Ermənistanda nə baş verir?

Ermənistanla ticarət əlaqələri mümkündür - Bayramov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla