Yuxarı

Onlar Gürcüstanı müdafiə etməyəcək - Kaladze

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Onlar Gürcüstanı müdafiə etməyəcək - Kaladze

Gürcüstan xalqının özündən başqa, AB və ya ABŞ-dan heç kim Gürcüstana gəlib respublikanın maraqlarını müdafiə etməyəcək.

Axar.az xəbər verir ki, bunu hakim Gürcü Arzusu - Demokratik Gürcüstan Partiyasının baş katibi, Tiflis meri Kaxa Kaladze deyib.

“Dəfələrlə demişəm və bir daha təkrar edirəm, heç kim düşünməməlidir ki, Avropadan və ya Amerikadan kimsə bizim maraqlarımızı qorumaq üçün gələcək. Hər kəsin öz maraqları var, hər kəs öz ölkəsi haqqında düşünür və təbii ki, biz gürcülər ilk növbədə ölkəmiz, xalqımız və gələcəyimiz haqqında düşünməliyik”, - o bildirib.

O, bir daha Qərb ölkələrinin Gürcüstan hakimiyyətini Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə çağırdığını və bununla əlaqədar olaraq Avropa Parlamentinin çoxsaylı qətnamələr qəbul etdiyini xatırladıb:

“Yadınızdadırmı, bizi necə tənqid edirdilər, birbaşa təhdid edirdilər, qətnamələr qəbul edirdilər, sanksiyalar tətbiq etməyimizi tələb edirdilər, bununla da ölkəmizə, iqtisadiyyatımıza və xalqımıza zərər verirdilər. Bunlar adi ikili standartlardır. Hər kəs öz maraqlarına əsaslanaraq hərəkət edir”.

Tarix
2025.11.24 / 15:57
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Hikmət Hacıyev Kevin Hamiltonla görüşdü - Foto

Azərbaycan nümayəndələri Ermənistana gedəcək

İlham Əliyev televiziya və radio işçilərini təbrik etdi

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla