Yuxarı

Ermənistan nə zamansa bu seçimi etməli olacaq - Overçuk

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənistan nə zamansa bu seçimi etməli olacaq - Overçuk

Ermənistan nə vaxtsa Avropa Birliyi və Avrasiya İqtisadi İttifaqı (Aİİ) arasında seçim etməli olacaq.

Axar.az xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini Aleksey Overçuk jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, hər iki ittifaqda eyni vaxtda qalmaq mümkün deyil.

"Ermənistanın Avropa Birliyi ilə yaxınlaşmasına gəlincə, biz bu barədə dəfələrlə danışmışıq. Hesab edirik ki, eyni zamanda iki inteqrasiya blokuna üzvlük bir araya sığmır. Nə vaxtsa Ermənistan xalqı seçim etməli olacaq", - o deyib.

Onun sözlərinə görə, ümumilikdə Ermənistan və Rusiya arasında yaxşı münasibətlər var, lakin 2025-ci ildə ölkələr arasında ticarət əhəmiyyətli dərəcədə azalıb.

"Bu il biz Ermənistanla iqtisadi ticarətin azalmasının şahidi olduq. Keçən il ölkələrimiz arasında ticarət dövriyyəsi 12,4 milyard dollar təşkil edib. Bu il yəqin ki, təxminən 6 milyard dollar təşkil edəcək. Bu, çox nəzərəçarpan azalmadır", - baş nazirin müavini vurğulayıb.

Qeyd edək ki, bundan öncə Ermənistan Baş naziri Nikol Paşinyan da ölkəsinin AB ilə Aİİ arasında gələcəkdə seçim etməli olacağını demişdi.

Tarix
2025.12.11 / 23:59
Müəllif
Axar.az
Digər xəbərlər

Rəsmi Bakı Anım Günü ilə bağlı bəyanat yaydı

Bayramov ABŞ-da 37 görüş keçirdi, 17 sənəd imzaladı

İlham Əliyevin Anım Günü ilə bağlı paylaşımı

Türkiyədə Azərbaycanı düşmən sayanların sayı... - Nə baş verir?

Türk fenomen Azərbaycanı qınayanları susdurdu - Video

İlham Əliyevin Formula-1-lə bağlı paylaşımı - Video

Keçmiş deputat vəzifədən azad edildi

Biz bu sistemə sadiq qalırıq - Ceyhun Bayramov

İlham Əliyev bu tədbirdə iştirak etdi - Video

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla