Yuxarı

AB və Aİİ arasında seçim etməli olacağıq... - Paşinyan

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
AB və Aİİ arasında seçim etməli olacağıq... - Paşinyan

Ermənistan AB və Aİİ arasında seçim etməli olacaq, amma indi yox.

Axar.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

“Başa düşürük ki, Avrasiya İqtisadi İttifaqına və AB-yə eyni vaxtda üzvlük mümkün deyil və qərar verməli olduğumuz an gələcək. Amma bu gün bunun vaxtı deyil. Bu gün belə bir qərar verməyə ehtiyac yoxdur və əgər yoxdursa, niyə belə bir qərar verməliyik?” - o bildirib.

Paşinyan qeyd edib ki, bütün bu şərtlər altında İrəvan əsas məqsədinə - AB-yə qoşulmağa davam edir.

Ermənistanın baş naziri əlavə edib ki, Almaniyadan Aİİ Hökumətlərarası Şurasının iclasında iştirak etmək üçün Moskvaya gedəcək:

“Biz AB ilə münasibətləri dərinləşdiririk və mən buradan Moskvaya gedirəm. Hər hansı bir uyğunsuzluq varmı? Əlbəttə ki, yox. Uyğunsuzluğun olduğunu başa düşəndə, hansı qərarı verəcəyimizi düşünəcəyik”.

Tarix
2025.12.11 / 10:42
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla