Yuxarı

İmamoğlu bu tarixdə məhkəmə qarşısına çıxarılacaq

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İmamoğlu bu tarixdə məhkəmə qarşısına çıxarılacaq

İstanbul Böyükşəhər Bələdiyyəsinə (İBB) qarşı aparılan korrupsiya istintaqı çərçivəsində vəzifəsindən uzaqlaşdırılaraq həbs edilən Əkrəm İmamoğlu da daxil olmaqla, 402 nəfərin məhkəmə qarşısına çıxacağı tarix bəlli olub.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, məhkəmə baxışı 9 mart 2026-cı il tarixində Mərmərə Cəza İnfaz Müəssisələri Kompleksində yerləşən məhkəmə zalında olacaq.

İstanbul Cümhuriyyət Baş Prokurorluğu tərəfindən İstanbul Böyükşəhər Bələdiyyəsinə qarşı irəli sürülən ittiham üzrə 105-i həbsdə olmaqla 402 nəfər təqsirli bilinir.

İttiham aktında bələdiyyə sədri Ə.İmamoğlu “cinayət törətmək məqsədilə təşkilat qurmaq”, “rüşvət alma”, “cinayət yolu ilə əldə edilmiş pulların yuyulması”, “dövlət qurum və təşkilatlarına qarşı dələduzluq” kimi cinayətlərdə ittiham olunur.

Xatırladaq ki, Əkrəm İmamoğlu bu ilin mart ayında həbs edilib.

Tarix
2025.12.12 / 21:16
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanda kibertəhlükəsizliklə bağlı mərhələ başlayır

Bakıya uçan təyyarə təcili eniş etdi

Jalə Bədirova "Yeni Klinika"da yüksək vəzifəyə təyin olundu

Azərbaycanın xaricdəki qadın səfirləri - Onlar kimdir?

Kobaxidzedən Əliyevin Naxçıvanda verdiyi mesajlara reaksiya

Zelenski azərbaycanlı hərbçiləri təltif etdi

İran prezidenti ilə bağlı şok faktlar: Bunlardan məhrumdur!

Əliyevin Zəngəzur dəhlizi ilə bağlı fikirləri Türkiyə mediasında...

İlham Əliyevin Naxçıvan səfəri: Strateji dönüş nöqtəsi...

Azərbaycan ABŞ-ın köməyinə ümid edir - Səfir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla