Yuxarı

Dekabrda Rusiyanın neft-qaz gəlirləri yarıbayarı azalacaq

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dekabrda Rusiyanın neft-qaz gəlirləri yarıbayarı azalacaq

Rusiyanın neft və qaz gəlirləri dekabr ayında ötən illə müqayisədə təxminən yarıya düşərək 410 milyard rubla (5,17 milyard dollar) çatacaq.

Axar.az xəbər verir ki, bu barədə "Röyters" məlumat yayıb.

Məlumata görə, gəlirlər COVİD-19 pandemiyası dövründən, 2020-ci ilin avqustundan bəri ən aşağı səviyyəyə düşəcək. Dekabr ayında azalmanın əsas səbəbi neft qiymətlərinin düşməsi və rublun möhkəmlənməsi ilə izah olunur.

Bütün il ərzində neft və qaz gəlirlərinin təxminən 25% azalaraq, 8,44 trilyon rubla düşəcəyi gözlənilir ki, bu da Rusiya Maliyyə Nazirliyinin 8,65 trilyon rubl proqnozundan aşağıdır.

Neft və qaz gəlirləri Kremlin əsas maliyyə mənbəyidir və federal büdcə gəlirlərinin təxminən dörddə birini təşkil edir.

Gəlirlərin azalması Ukraynaya hərbi müdaxilədən sonra müdafiə və təhlükəsizlik xərclərini əhəmiyyətli dərəcədə artıran Rusiya üçün ciddi problemlər yaradır.

Tarix
2025.12.12 / 21:45
Müəllif
Axar.az
Digər xəbərlər

Ankaranın Bakıya qarşı hücuma susması razılıq əlamətidir?

Rəsmi Bakı Anım Günü ilə bağlı bəyanat yaydı

Bayramov ABŞ-da 37 görüş keçirdi, 17 sənəd imzaladı

İlham Əliyevin Anım Günü ilə bağlı paylaşımı

Türkiyədə Azərbaycanı düşmən sayanların sayı... - Nə baş verir?

Türk fenomen Azərbaycanı qınayanları susdurdu - Video

İlham Əliyevin Formula-1-lə bağlı paylaşımı - Video

Keçmiş deputat vəzifədən azad edildi

Biz bu sistemə sadiq qalırıq - Ceyhun Bayramov

İlham Əliyev bu tədbirdə iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla