Yuxarı

Türkiyə suriyalılar üçün pulsuz tibbi xidməti dayandırır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyə suriyalılar üçün pulsuz tibbi xidməti dayandırır

Suriyadakı müharibənin başa çatmasından bir il keçməsinə baxmayaraq, Türkiyədə yaşayan suriyalıların ölkələrinə qayıdışı gözlənilən sürətdə getmir. 8 dekabr 2024-cü ildən bu yana təxminən 600 min suriyalı vətəninə dönüb. Hazırda isə 2 milyon 370 min suriyalı Türkiyədə müvəqqəti qoruma statusu ilə yaşayır.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, geridönüşləri sürətləndirmək üçün müvəqqəti qoruma statusunun dərhal ləğvi təklif olunsa da, Prezident Rəcəb Tayyib Ərdoğan zorla geri göndərməyə qarşı çıxıb. Nəticədə geridönüşlərin mərhələli şəkildə həyata keçirilməsi qərara alınıb.

Qərara əsasən, yanvarın 1-dən etibarən suriyalılar üçün pulsuz səhiyyə xidməti dayandırılacaq və tibbi xidmətlər ödənişli olacaq. Növbəti mərhələdə isə müvəqqəti qoruma statusları tədricən ləğv ediləcək. Bu halda suriyalılar Türkiyədə qalmaq üçün yaşayış icazəsi almalı olacaqlar ki, bu da ciddi şərtlərlə mümkün olacaq.

Məlumata görə, şərtləri yerinə yetirə bilməyən şəxslər ölkəni tərk etməli olacaqlar. Bununla yanaşı, ölkəsinə qayıtmaq istəyən suriyalıların yol xərcləri və maddi dəstəyi BMT fondları hesabına qarşılanacaq.

Tarix
2025.12.14 / 11:05
Müəllif
Axar.az
Digər xəbərlər

Təlimə gəlmişdik, müharibə başladı - Polkovnik

Ankaranın Bakıya qarşı hücuma susması razılıq əlamətidir?

Rəsmi Bakı Anım Günü ilə bağlı bəyanat yaydı

Bayramov ABŞ-da 37 görüş keçirdi, 17 sənəd imzaladı

İlham Əliyevin Anım Günü ilə bağlı paylaşımı

Türkiyədə Azərbaycanı düşmən sayanların sayı... - Nə baş verir?

Türk fenomen Azərbaycanı qınayanları susdurdu - Video

İlham Əliyevin Formula-1-lə bağlı paylaşımı - Video

Keçmiş deputat vəzifədən azad edildi

Biz bu sistemə sadiq qalırıq - Ceyhun Bayramov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla