Yuxarı

İrəvanda kilsə ətrafında "canlı sədd" - Deputatlar aksiyada...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İrəvanda kilsə ətrafında "canlı sədd" - Deputatlar aksiyada...

İrəvanda bir qrup deputat və vətəndaş Kafedral kilsənin ətrafında “canlı sədd” formalaşdırıb.

Axar.az Musavat.com-a istinadən xəbər verir ki, aksiya Ermənistan parlamentinin deputatları, sabiq prezident Robert Köçəryanın oğlu Levon Köçəryan, Ermənistan parlamentinin vitse-spikeri, Daşnaksütyun Partiyasının sədri İşxan Saqatelyan və Narek Karapetyanın iştirakı ilə keçirilib.

Aksiya iştirakçıları bildiriblər ki, məqsəd Baş nazir Nikol Paşinyanın tərəfdarlarının kilsə ərazisinə daxil olmasının və müqəddəs məkanın təhqir olunmasının qarşısını almaqdır. Bunun üçün onlar kilsənin girişləri və perimetri boyunca çiyin-çiyinə dayanaraq sakitliyə çağırış ediblər.

Məlumata görə, mümkün qarşıdurmaların qarşısını almaq məqsədilə ərazidə təhlükəsizlik qüvvələri də yerləşdirilib. Tərəflər arasında gərginliyin artmaması üçün nəzarət tədbirləri gücləndirilib.

Tarix
2025.12.18 / 23:46
Müəllif
Axar.az
Digər xəbərlər

Antiterror əməliyyatına Ermənistan müdaxilə etsəydi...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım

Erməni əsilli məhbusların hüquqları pozulur?

Bu, ərazi bütövlüyünün bərpasının təzahürü idi

Qarabağdakı qondarma rejimin özünü buraxan qərarı

Prezident Türkiyəyə yardım edən Sərvərdən danışdı - Video

ABŞ saziş bağladı, geri çəkilir - Türkiyə savaşa girir?

Ermənistandakı qalmaqalla bağlı daha bir bəyanat

Buna görə İlham Əliyevə minnətdaram - Paşinyan

Ermənistandakı bu kampaniya pislənildi - Bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla