Yuxarı

İranın baş prokuroru etirazçıları ölümlə hədələdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İranın baş prokuroru etirazçıları ölümlə hədələdi

İranın Baş prokuroru Məhəmməd Mövəhhedi Azad ölkədə artıq iki həftədir davam edən kütləvi etiraz aksiyalarının iştirakçılarını ölüm cəzası ilə hədələyib.

Axar.az Bakupost.az-a istinadən xəbər verir ki, baş prokuror etirazçıları “Allahın düşməni” adlandırıb.

"Bütün etirazçılar "Allahın düşmənləri" ("mühareb") kimi günahlandırılır. Bu cinayətə görə ölüm cəzası olacaq. Bu, əmlaka ziyan vuran və təhlükəsizliyi pozan üsyançılara, terrorçulara, eləcə də onlara kömək edənlərə tətbiq ediləcək", - o bildirib.

Həmçinin əlavə edib ki, prokurorlar məhkəmə proseslərini tez hazırlamalı, mərhəmət və şəfqət göstərməməlidirlər.

Tehran prokuroru Əli Salehi də bir gün əvvəl etirazçıların "mühareb" ittihamı ilə üzləşə biləcəyini bildirmişdi.

Tarix
2026.01.10 / 20:30
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan XİN Pakistanı təbrik etdi - Foto

Prezidentin bu fikirləri beynəlxalq medianın diqqət mərkəzindədir

Xankəndi, Ağdərə və Xocalı ilə Kluj-Napoka arasında əlaqələr...

XİN-dən mina partlayışları ilə bağlı paylaşım

Xəzərlə bağlı həyəcan təbili: Suyun səviyyəsi...

Prezidentin Zəngəzur dəhlizi ilə bağlı bu ifadəsi... - Şərh

Ermənistana 20 vaqon buğda göndərildi

Azərbaycanlı mütəxəssislər iki dəfə Ermənistana səfər ediblər

Prezident Almaniyanın yeni səfirini qəbul etdi

Naxçıvan enerji üzrə regional mərkəzə çevrilir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla