Onlayn qumar oyunları təşkil edənlər saxlanıldı - Video
18:46
| Ana səhifə Planet |
|
İranın keçmiş prezidenti Məhəmməd Xatəmi ölkədə davam edən genişmiqyaslı etirazları “planlaşdırılmış böyül sui-qəsd” adlandırıb.
Axar.az Teleqraf-a istinadla xəbər verir ki, o, bəyanatında İranın hazırkı Prezidenti Məsud Pezeşkian və onun administrasiyasına dəstəyini ifadə edib.
“Xalq etirazlarının ilk günlərində hökumətin nümayiş etdirdiyi davranışı görməzdən gəlmək ədalətsizlikdir”, - Xatəmi deyib.
Keçmiş prezident baş verənlərə görə İsrail və ABŞ-ı ittiham edib:
“İsrail rəsmilərinin açıqlamaları və ABŞ-ın etirazçılara dəstəyi İrana qarşı böyük, planlaşdırılmış sui-qəsdin hazırlandığına dair heç bir şübhə yeri qoymur”.
|
Tarix
2026.01.16 / 17:20
|
Müəllif
Axar.az
|