Yuxarı

Müharibə yaxınlaşır: Xamenei şəhid olmağı gözə alıb...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Müharibə yaxınlaşır: Xamenei şəhid olmağı gözə alıb...

İran ABŞ-ın hərbi hücumlarının qaçılmaz olduğu ehtimalı ilə fəaliyyət göstərir.

Axar.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” məlumat yayıb.

Məlumata görə, Tehran silahlı qüvvələrini yüksək hazırlıq vəziyyətinə gətirib və şiddətli müqavimət planlaşdırır:

“İraq sərhədi boyunca, İsraili vurmaq üçün kifayət qədər yaxınlıqda və Fars körfəzinin cənub sahili boyunca, ABŞ hərbi bazalarının əhatə dairəsində ballistik raket buraxılış qurğuları yerləşdirilib. İran vaxtaşırı raket sınaqları keçirmək üçün hava məkanını və Fars körfəzində hərbi təlimlər üçün Hörmüz boğazını qısa müddətə bağlayır”.

Nəşr qeyd edib ki, dini lider Əli Xamenei müharibə vəziyyətində xüsusi polis qüvvələrinin, kəşfiyyat agentlərinin və mülki geyimli “Bəsic” milis batalyonlarının böyük şəhərlərin küçələrinə yerləşdiriləcəyi barədə göstərişlər verib:

“Daxili iğtişaşların qarşısını almaq və xarici kəşfiyyatla əlaqəli agentləri axtarmaq üçün müqavimət qüvvələri nəzarət-buraxılış məntəqələri qurmağa başlayıblar. Bu planlaşdırma İsrailin iyun ayında qəfil hücumundan çıxarılan dərslərin nəticəsidir”.

İran üzrə ekspert Vəli Nəsr nəşrə açıqlamasında deyib ki, Əli Xamenei sona qədər müqavimət göstərməyi hədəfləyir:

“Xamenei şəhid olmağı gözə alır və düşünür: bu mənim sistemim və mirasımdır və mən sona qədər dayanacağam”.

Qeyd edək ki, “Nyu York Tayms” ayətullah Əli Xameneinin Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaniyə ölkəni potensial müharibə və sui-qəsd cəhdlərindən qorumaq, eləcə də etirazları yatırmaq vəzifəsini həvalə etdiyini yazmışdı.

Tarix
2026.02.22 / 15:57
Müəllif
Axar.az
Digər xəbərlər

Vyetnamla Azərbaycan arasında imzalanan bu sənəd...

“Azərbaycanda doğulub” sözünə görə “mübarizə” aparır

İlham Əliyev Livan prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

“Bədr müqaviləsi” Türkiyəyə nə qazandıracaq?

Ağdama həsr olunan klip yayıldı - Video

Bu ölkədə Araik Arutyunyana “vətəndaşlıq” verildi

İlham Əliyevin Vyetnam səfərindən video yayıldı

İlham Əliyevin Vyetnama səfəri başa çatdı - Video

Paşinyan: Tarixləri qarışdırdım, TRİPP-lə bağlı mərasim...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla