Rusiya qazın qiymətini artırsa, Ermənistan... - Simonyan
15:23
| Ana səhifə Planet |
|
İrana qarşı əməliyyat 4 həftədən çox davam edə bilər.
Axar.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp deyib.
“İran böyük bir ölkədir – dörd həftə çəkəcək. Hətta daha az da ola bilər”, - Ağ Ev rəhbəri bildirib.
Qeyd edək ki, İsrail və ABŞ orduları 28 fevral səhər saatlarından İrana qarşı hərbi əməliyyata başlayıb. Endirilən raket zərbələri nəticəsində İranın ali rəhbəri Əli Xamenei də daxil olmaqla, bir çox yüksək rütbəli məmur ölüb.
İran ordusu cavab tədbiri olaraq qonşu ölkələrdəki ABŞ bazalarına və İsrailə hava hücumu təşkil edir.
|
Tarix
2026.03.02 / 00:33
|
Müəllif
Axar.az
|