Yuxarı

Qənirə Paşayevanın arzusu çin oldu, mənimsə yox…

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qənirə Paşayevanın arzusu çin oldu, mənimsə yox…

Yoxsulluğun məni həqarətli vəziyyətə saldığı günlər idi. İşsizdim, kirayədə yaşayırdım, özümə uyğun iş tapa bilmirdim. Feysbukda bir paylaşım etmişdim.

Kult.az xəbər verir ki, bunu yazıçı Orxan İsmayılov mərhum deputat Qənirə Paşayeva ilə bağlı qeyd edib.

“Pula ehtiyacım olduğunu birbaşa yazmasam da, dolayı yolla bildirmişdim. Kirayə haqqının vaxtından keçmişdi. Evin sahibəsi telefonda acıqlı və qırıq səslə pulu istəmişdi. Dilsiz bir hiddətlə onun acı sözlərinə dözmüş, axırda bir-iki gün əlavə vaxt istəmişdim. Elə məyusdum ki... Zülmət və mübhəmlik içində qalmışdım. Hətta güzgüdə özümə baxanda bu qənaətə gəlmişdim: gözlərimdəki hədsiz kədərlə dünyanın bütün məxluqatını zəhərləmək mümkündür.

Həmin axşam Feysbuk dostum Qənirə xanım mənə səsli mesaj göndərib telefon nömrəmi istəmişdi. Nömrəmi yazdım. Ertəsi səhər zəng elədi, danışdıq. Düşdüyüm vəziyyəti ona nəql elədim. Dedi, hiss eləmişdim ki, çətin vəziyyətdəsiniz. Məndən kart nömrəsi istədi, verdim. Hesabıma kirayə haqqını artıqlamasıya ödəyəcək qədər pul göndərdi. Və bu hərəkətiylə mənim məyusluğum sevincə çevrildi. Dedi, arzu edirəm, tezliklə özünə yaxşı bir iş tapasan. Mənsə ona uzun ömür sürməyi arzuladım.

İki-üç ay sonra saytların birində redaktor kimi işə başladım. Bundan bir müddət sonra isə Qənirə xanım ömrünün ən yaxşı çağında qəflətən vəfat etdi.

Onun arzusu çin oldu, mənim arzumsa yox”, - o, sosial şəbəkə hesabında yazıb.

Tarix
2026.05.16 / 20:00
Müəllif
Kult.az
Digər xəbərlər

İran rejiminin süqutu başlayıbmı?

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

Universitetlərə bu statusun verilməsi ilə bağlı tələblər

Bu məhsulların gömrük rüsumları dəyişdi

İlham Əliyevin İrlandiyaya səfəri başa çatdı

Axtarışda olan şəxs Azərbaycana gətirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla