Yuxarı

İlham Əliyev Pəncabın baş naziri ilə görüşdü

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
İlham Əliyev Pəncabın baş naziri ilə görüşdü

10:26

Azərbaycan Prezidenti İlham Əliyev mayın 17-də Pakistanın Pəncab əyalətinin Baş naziri Məryəm Nəvaz Şərifin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Axar.az xəbər verir ki, Məryəm Nəvaz Şərif atasının - Məhəmməd Nəvaz Şərifin və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin salamlarını dövlət başçısına çatdırıb.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Pakistanın Baş nazirinə və Məhəmməd Nəvaz Şərifə çatdırmağı xahiş edib.

Dövlət başçısı Ulu Öndər Heydər Əliyevlə Məhəmməd Nəvaz Şərif arasındakı dostluq münasibətlərini xatırlayıb.

WUF13-də iştirak etməkdən məmnun olduğunu söyləyən qonaq buna görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib, tədbirin yüksək səviyyədə təşkil ediliyini və Bakıda şəhərsalma ilə bağlı qlobal məsələlərin müzakirə olunacağını vurğulayıb.

Bakının gözəlliyinin onu valeh etdiyini deyən Məryəm Nəvaz Şərif paytaxtın mədəniyyət və müasir şəhərsalmanın vəhdətinin gözəl nümunəsi olduğunu qeyd edib.

Qonaq Bakıya səfəri çərçivəsində müasir Azərbaycanın qurucusu, Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdiyini, onun xatirəsini hörmət və ehtiramla andığını deyib.

Söhbət zamanı Azərbaycan ilə Pakistan arasında qardaşlıq münasibətlərinin və strateji əlaqələrin inkişafından məmnunluq ifadə edildi, siyasi, iqtisadi, diplomatik, müdafiə və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olundu, regionlararası əməkdaşlığın inkişaf etdiyi vurğulandı, ticarət əlaqələrinin daha da genişləndirilməsi üçün böyük perspektivlərin olduğu bildirilib. Azərbaycanın "ASAN xidmət" təcrübəsinə əsasən Pakistanda da mərkəzlərin yaradılacağı qeyd edilib.

Dövlət başçısı bu gün Azərbaycan-Pakistan əlaqələrinin üçtərəfli - Azərbaycan-Türkiyə-Pakistan formatında da inkişaf etdiyini diqqətə çatdırıb.

Tarix
2026.05.17 / 11:52
Müəllif
Axar.az
Digər xəbərlər

Konsulluğumuz önündə aksiya: Ankaranın da rolu varmı?

Məşhur türk bloger Əliyevdən üzr istədi və sirri açdı - Video

Cəbrayıl şəhərinin azad olunmasından 6 il ötür

Bakıda kanatla sərnişindaşıma olacaq - Video

Bəxtiyar Əsgərov işdən çıxarıldı, yoxlamalar başladı

Prezident elan etdi: Yeni dövr başladı, əsas prinsip budur

Ukraynada döyüşən daha bir azərbaycanlı öldü - Foto

Həsən Mansurov BMT Konqresində çıxış etdi

Türk tiktoker: Azərbaycanı təhqir etdiniz, Əliyev də... - Video

Bölgəyə Türkiyə ordusu yerləşdirilsə, İsrailin addımları...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla