Yuxarı

Maduronun müttəfiqi ABŞ-a deportasiya edildi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Maduronun müttəfiqi ABŞ-a deportasiya edildi

Venesuela eks-prezident Nikolas Maduronun yaxın müttəfiqi və keçmiş sənaye naziri Aleks Saabı ABŞ-a deportasiya edib.

Axar.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” məlumat yayıb.

“ABŞ prokurorları tərəfindən gəlirli dövlət müqavilələri vasitəsilə varlanmaqda ittiham olunan Kolumbiya əsilli iş adamı Aleks Saabın ekstradisiyası müvəqqəti prezident Delsi Rodrigezin həyata keçirdiyi təmizləmələrin artdığını göstərir”, - məlumatda bildirilib.

Qeyd edək ki, Aleks Saab Karakasda Hizbullah və SEPAH arasında əlaqələndirici fiqur kimi tanınır və ABŞ-da bir neçə cinayət işi üzrə şübhəli şəxs hesab olunur. 2021-ci ildə Bayden administrasiyasının tələbi ilə İrana səfəri çərçivəsində Kabo-Verdedə saxlanılan Saab ABŞ-a ekstradisiya edilmiş və çirkli pulların yuyulması ittihamı ilə təxminən iki il həbsdə yatmışdı.

2023-cü ildə Co Bayden Saabı əfv etmiş və o, Venesuelaya qayıdarkən Maduro tərəfindən qəhrəman kimi qarşılanmışdı.

ABŞ-ın Venesuelada Maduroya qarşı həyata keçirdiyi əməliyyatdan sonra Aleks Saab nazir vəzifəsindən uzaqlaşdırılmışdı.

Tarix
2026.05.17 / 11:48
Müəllif
Axar.az
Digər xəbərlər

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

Əliyev Ankaraya gəlmək istəsə, sizə soracaq? - Cümhur İttifaqı

Zakir Həsənov Gülərə başsağlığı verdi

Azərbaycan bizim qardaşımızdır - Çavuşoğlu

Fələstinin Türkiyəyə minbirinci xəyanəti - Türklər “ayılacaqmı”?

Ərdoğan Zirvəni Dədə Qorqudun sözləri ilə bitirdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla